Tapdıq Qurbanəliyev
Tapdıq Qurbanəliyev | |
---|---|
Qurbanəliyev Tapdıq Dövlətxan oğlu | |
Tapdıq Qurbanəliyev. | |
Doğum tarixi | 21 dekabr 1978 |
Doğum yeri | Aydınbulaq, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 16 oktyabr 2020 (41 yaşında) |
Vəfat yeri | Çaylı kəndi, Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Şeyx Osman qəbiristanlığı, Aydınbulaq, Şəki rayonu, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Atası | Dövlətxan Qurbanəliyev |
Anası | Telli |
Həyat yoldaşı | Natəvan Qurbanəliyeva |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1998—2020 |
Rütbə | baş gizir |
Təltifləri |
Tapdıq Qurbanəliyev (1978–2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi şəhidi.
Haqqında məlumatlar
21 dekabr 1978-ci il tarixdə Şəki rayonunun Aydınbulaq kəndində anadan olub.
Təhsili
1985-ci ildə Şəki rayonunun Aydınbulaq kənd tam orta məktəbinin 1-ci sinfinə gedib.
Hərbi xidmətdə
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedərək orda zabit heyətinin təkmilləşdirilmə kursu nəzdindəki gizir hazırlama kursuna daxil olub. 2000-ci ilin may ayında PDM komandiri hərbi ixtisasını başa vuran Dövlətxan elə o vaxtdan həyatını hərbi sahəyə bağlayıb.
Vəfatı
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ön cəbhədə vuruşub. Üç gün sonra – sentyabr ayının 30-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə, Tərtərin Çaylı kəndində döyüş tapşırığını yerinə yetirərkən tank əleyhinə minaya düşərək şəhid olub. Oktyabr ayının 16-da anadan olduğu çatdığı Aydınbulaq kəndinin Şeyx Osman qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra döyüşdə göstərdiyi şücaətə görə bir sıra medallarla təltif edilib.
Təltif və mükafatları
- “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı (26.06.2008);
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (26.06.2008);
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2013);
- "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı (26.06.2013);
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (26.06.2018);
- "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı (26.06.2018)
- "Vətən uğrunda" medalı – ölümündən sonra (15.12.2020);
- "İgidliyə görə" medalı — ölümündən sonra (18.12.2020);
- "Suqovuşanın azad olunmasına görə" medalı — ölümündən sonra (24.06.2021).
Ailəsi
Ailədə 1 bacı, 4 qardaş olublar. Atası Dövlətxan Qurbanəliyev 2017-cı ildə, anası Telli 2013-cü ildə vəfat edib. Ailəli idi. Bir qızı və bir oğlu var.
İstinadlar
Ədəbiyyat
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : HƏMİD Cavanşir oğlu Abbasbəyli : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- T
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin Vətən müharibəsi şəhidləri
- 1978-ci ildə doğulanlar
- 21 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 16 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin baş gizirləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə