Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:7 yanvar

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:37, 5 yanvar 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon müvafiq gündə altıyadək qısa xəbər-xülasənin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Cavad İsmayıllı

7 yanvar

  • İctimai-siyasi fəal, pedaqoq, Şəki şəhər bələdiyyəsinin sabiq üzvü Cavad İsmayıllı 7 yanvar 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 2009-cu və 2014-cü illərdə Şəki şəhər bələdiyyəsinin üzvü seçilmişdir. 2019-cu il bələdiyyə seçkilərində də Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüş, Lakin seçkinin başlanmasınadək – 23 dekabradək, namizədliyini geri götürmüşdür.

Şəkil: Cavad İsmayıllı.



Sakit İsmayılov

7 yanvar

  • Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Sakit İsmayılov (1985–2020) 7 yanvar 1985-ci il tarixdə Şəki rayonunun Beşevlər (indiki Aran) kəndində anadan olub.

Şəkil: Sakit İsmayılov.




Əhməd Əhmədzadə

7 yanvar

  • Tanınmış dövlət xadimi, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadə 7 yanvar 1945-ci il tarixdə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. O, 1991-ci ildə Azərbaycan KP Şəki şəhər komitəsinin birinci katibi və Şəki rayon Xalq Deputatları Sovetinin sədri vəzifəsində çalışmışdır.

Şəkil: Əhməd Əhmədzadə.



Vəli Əliyev

7 yanvar

  • Tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri Vəli Əliyev (1936–2020) 7 yanvar 2020-cı il tarixdə – 83 yaşında, Bakıda vəfat edib.

Şəkil: Vəli Əliyev.




<<əvvəlki gün 7 yanvar sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 6  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)