Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Sakit İsmayılov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sakit İsmayılov
İsmayılov Sakit İsmayıl oğlu
Sakit İsmayılov
Sakit İsmayılov.
Doğum tarixi 7 yanvar 1985(1985-01-07)
Doğum yeri Beşevlər (indiki Aran) kəndi, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 13 oktyabr 2020 (35 yaşında)
Vəfat yeri Ağdərə rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Dovşan düzü qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Uşaqları Xəyal və Mələk
Anası Güldərən
Həyat yoldaşı Gülmira İsmayılova
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Xidmət illəri 2003–2004; 2010–2020
Rütbə OR-4 AZE ARMY.svg kiçik çavuş
Təltifləri "Vətən uğrunda" medalı — 2020"İgidliyə görə" medalı — 2021"Suqovuşanın azad olunmasına görə" medalı — 2021"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı — 2013"Qüsursuz xidmətə görə" III dərəcəli medalı — 2019

Sakit İsmayılov (1985–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

7 yanvar 1985-ci il tarixdə Şəki rayonunun Beşevlər (indiki Aran) kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1991 – 1999-cu illərdə Aran kənd orta məktəbində,

1999 – 2002-ci illərdə isə Şəki Peşə Kollecində təhsil alıb.

21 yanvar – 10 aprel 2010-cu il tarixlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində MAHHXHQ hazırlıq kursu keçib.

Hərbi xidmətdə[redaktə | HTML redaktə]

2003-cü ildən – 2004-cü ilin iyul ayınadək həqiqi hərbi xidmətdə olub.

10 aprel 2010-cu il tarixdən “N” saylı hərbi hissədə manqa komandiri vəzifəsində xidmətə başlayıb.

2020-ci ilədək müxtəlif hərbi hissələrdə manqa komandiri vəzifəsində xidmətini davam etdirib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib.

Şəhid olması[redaktə | HTML redaktə]

13 oktyabr 2020-ci il tarixdə – 35 yaşında, Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.

23 oktyabr 2020-ci il tarixdə Şəkidəki Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Ailəsi[redaktə | HTML redaktə]

2004-cü ildə anası vəfat edib.

Ailədə iki qardaş, bir bacı olublar.

2006-ci ildə ailə qurmuşdu, şəhid olarkən bir oğlu və bir qızı vardı.

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : SAKİT İsmayıl oğlu İsmayılov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
  4. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.

Video-çarxlar[redaktə | HTML redaktə]