Mikayıl Cəbrayılov

Şəki Ensiklopediyası səhifəsi
91.242.20.185 (Müzakirə) tərəfindən edilmiş 02:46, 27 aprel 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
MİKAYIL CƏBRAYILOV
Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu
MİKAYIL CƏBRAYILOV
Anadan olub 27 aprel 1952(1952-04-27)
Anadan olduğu yer Oxud, Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat edib 15 dekabr 1990 (38 yaşında)
Vəfat etdiyi yer Mikayıllı, Xocalı, Azərbaycan Respublikası
Vəfat səbəbi şəhid olub
Dəfn yeri Oxud, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ,
Atası Əhmədiyyə Cəbrayılov
Anası Sürayyə Cəbrayılova
Mükafatları "Qırmızı Ulduz" ordeniAzərbaycanın Milli Qəhrəmanı

Mikayıl Cəbrayılov(Cəbrayılov Mikayıl Əhmədiyə oğlu; d.  27 aprel 1952-ci il — ö.  15 dekabr 1990-cu il) — azərbaycanlı milis zabiti, Azərbaycanın Milli Qəhrəmanı.[1]

Haqqında məlumatlar

1952-ci ildə Nuxa rayonunun Oxud kəndində anadan olub.

1959 – 1967-ci illərdi Oxud kənd məktəbində səkkizillik təhsil alıb.

1967 – 1969-cu illərdə Şəki (Nuxa) şəhər 5 saylı fəhlə-gənclər məktəbində oxuyub.

1969-cu ildə V.İ.Lenin adına Şəki ipək kombinatında əmək fəaliyyətinə başlayıb.

1971-ci ildə Şəki şəhər Daxili İşlər şöbəsinə milis nəfəri vəzifəsinə qəbul edilib.

1976 – 1978-cı illərdə Milis Məktəbində oxuyur və milis leytenantı rütbəsi alır.

1978-ci ildən Şəki şəhərində sahə müvəkkili işləyirdi.

12 dekabr 1990-cı il tarixdə dörd nəfər milis əməkdaşı ilə Qarabağa ezam olunmuşdu. Onlar Cəmilli kəndinin müdafiəsini təşkil etməli idilər etməli idilər. Mikayıl Cəbrəyılıov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfərlik dəstə ilə Kosalar kəndinə yola düşür. Cəmilli – Kosalar kəndləri arasında ermənilər qəflətən hücuma keçirlər. Snayper gülləsi bir polis serjantını yaralayır. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yara alır. O, maşından yerə atılıb, yoldaşlarının həyatını xilas etmək üçün quldurlarla ölüm-dirim mübarizəsinə girir. O, ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da, son anda döyüş meydanında həlak olmuşdur.

Oxut kəndində dəfn edilib.

Ailəli idi. Bir övladı var.

Ölümündən sonra SSRİ-nin “Qırmızı Ulduz” ordennə və “Azərbaycan Respublikasının Milli Qəhramanı” adına layiq görülüb.

Mikayıl Cəbrayılovun Oxud kənd qəbiristanlığındakı qəbirüstü abidəsi

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Şəki rayonunun Oxud kəndində dəfn edilmişdir.

Mikayılın adına Şəki şəhərində küçə var.

Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.

Mənbə

Xarici keçidlər

Həmçinin bax

  1. Azərbaycanın Milli Qəhrəmanları / Redaktor: Kamil İsmayılov. — Bakı: Qapp-poliqraf, 2005. — Səhifələrin sayı:  250. — Səh.: 25.  (azərb.)