Mikayıl Cəbrayılov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:20, 27 aprel 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mikayıl Cəbrayılov
Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu
Mikayıl Cəbrayılov
Anadan olub 27 aprel 1952(1952-04-27)
Anadan olduğu yer Oxud, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ,
Vəfat edib 15 dekabr 1990 (38 yaşında)
Vəfat etdiyi yer Mikayıllı kəndi, Xocalı rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid olub
Dəfn yeri Oxud, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Atası Əhmədiyyə Cəbrayılov
Anası Sürayyə Cəbrayılova
Mükafatları "Şablon:Qırmızı Ulduz" ordeni Azərbaycanın Milli Qəhrəmanı

Mikayıl Cəbrayılov(Cəbrayılov Mikayıl Əhmədiyə oğlu; d.  27 aprel 1952-ci il — ö.  15 dekabr 1990-cu il) — azərbaycanlı milis zabiti, Azərbaycanın milli qəhrəmanı, Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun oğlu.

Haqqında məlumatlar

Monument and grave of Mikayil Jabrayilov in Okhud village of Shaki.JPG

1952-ci ildə Nuxa rayonunun Oxud kəndində anadan olub.

1959 – 1967-ci illərdi Oxud kənd məktəbində səkkizillik təhsil alıb.

1967 – 1969-cu illərdə Şəki (Nuxa) şəhər 5 saylı fəhlə-gənclər məktəbində oxuyub.

1969-cu ildə V.İ.Lenin adına Şəki ipək kombinatında əmək fəaliyyətinə başlayıb.

1971-ci ildə Şəki şəhər Daxili İşlər şöbəsinə milis nəfəri vəzifəsinə qəbul edilib.

1976 – 1978-cı illərdə Milis Məktəbində oxuyur və milis leytenantı rütbəsi alır.

1978-ci ildən Şəki şəhərində sahə müvəkkili işləyirdi.

12 dekabr 1990-cı il tarixdə dörd nəfər milis əməkdaşı ilə Qarabağa ezam olunub; onlar Cəmilli kəndinin müdafiəsini təşkil etməli idilər. Mikayıl Cəbrayılov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfərlik dəstə ilə Kosalar kəndinə yola düşüb. Cəmilli – Kosalar kəndləri arasında ermənilər qəflətən hücuma keçiblər. Snayper gülləsi bir milis serjantını yaralayıb. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yaralanıb. O, maşından yerə atılıb yoldaşlarının həyatını xilas etmək üçün atışmağa başlayıb; ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da, son anda döyüş meydanında özü həlak olub.

Ailəli idi. Bir övladı var.

Ölümündən sonra SSRİ-nin “Qırmızı Ulduz” ordeninə və daha sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb.

Şəki rayonunun Oxud kəndində dəfn edilib.

Şəki şəhərində adına küçə var.

Həlak olduğu kənd onun adını daşıyır.

Mənbə