AMEA Şəki Regional Elmi Mərkəzi
AMEA Şəki Regional Elmi Mərkəzi | |
---|---|
|
|
Növü | elmi-tədqiqat institutu |
Yaranma tarixi | 1972 |
Sədri |
Yusif Şükürlü fizika-riyaziyyat üzrə fəlsəfə doktoru |
http://www.rem.sheki.city/ |
AMEA Şəki Regional Elmi Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından biri.
Yaranma tarixi
1972-ci ildə AEA-nın Fizika institutunun nəzdində Şəki Zona elmi bazası kimi yaradılmış, 1977-ci ildə Radiasiya bölməsinin tabeliyinə keçirilmiş, 1995-ci ildən müstəqil Şəki Regional Elmi Mərkəzinə çevrilmişdir. 1972-ci ildən ipəkçilik, fizika, kimya, geologiya, mədəni və yabanı bitkilərin genofondu laboratoriyaları, 1990-cı ildən sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları fəaliyyət göstərir.
Əsas fəaliyyət istiqamətləri
- yerli bitki və heyvanat aləminin öyrənilməsi: təbiət abidələrinin bərpası;
- torpaqların məhsuldarlığının yüksəldilməsi və onların eroziyadan qorunması;
- meşə bitkilərinin inkişaf etdirilməsi;
- sel axınları ilə mübarizə;
- zonanın becərilən və perspektivli bitkiləri üzrə genetika və seleksiya işləri üzrə stasionar tədqiqatların aparılması;
- biogeokimyəvi əyalətin tədqiqi;
- Böyük Qafqazın cənub yamacı zonasının yeraltı sərvətlərinin aşkar edilməsi ilə bağlı axtarış işlərinin aparılması, eləcə də sənayedə istifadə edilməsi və işlənməsi imkanlrı üçün yerli xammal ehtiyatlarının öyrənilməsi;
- tut ipəkqurdu baramasının kompleks fiziki metodlarla tədqiqi; heyvandarlıq və quşçuluqda şüalanmanın stimullaşdırılması;
- Balakən-Şəki bölgəsinin folklorunun və el sənətlərinin toplanması və tədqiqi.
Son beş ildə əldə edilmiş əsas elmi nəticələr
İpək çıxımı 8-10% artıq olan xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılmışdır. Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilmişdir. Gön-dəri, yun məhsullarının yeni alınmış təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilmişdir. Sel, onu yaradan amillər, formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanmışdır. Yeni alma və armud sortları yaradılmışdır. Polimetal filiz yataqlarının axtarışında indikatorların rolu öyrənilmişdir. Bölgə folklorunun toplanması, tədqiqi aparılmış, folklor muzeyi yaradılmışdır. Bölgənin Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayonları üzrə coğrafi problemlər və xeyir-dualar kitabları buraxılmışdır. 2 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Struktur bölmələri
- Geokimya laboratoriyası
- Yabanı və mədəni bitkilərin genefondu laboratoriyası
- Biofizika laboratoriyası
- Biokimya laboratoriyası
- İpəkçilik laboratoriyası
- Sellərin öyrənilməsi laboratoriyası
- Folklorşünaslıq və el sənətləri laboratoriyası
- El sənətləri qrupu
Direktorları
- (1972 – 2014) — Zəkəriyyə Əlizadə, geologiya-mineralogiya elmləri doktoru, professor
- (2014 – indi) — Yusif Şükürlü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
İstinadlar
Xarici keçidlər
- Şəki Regional Elmi Mərkəzi
- Şəki Regional Elmi Mərkəzi
- Şəki Regional Elmi Mərkəzi
- Şəki Regional Elmi Mərkəzi
- Şəki Regional Elmi Mərkəzi