Cavanşir Feyziyev
Cavanşir Feyziyev | |
---|---|
Feyziyev Cavanşir Əyyub oğlu | |
Cavanşir Feyziyev | |
Cavanşir Feyziyev. | |
Doğum tarixi | 12 iyul 1963 |
Doğum yeri | Böyük Dəhnə, Vartaşen rayonu[qeyd 1], Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | fəlsəfə üzrə fəlsəfə doktoru |
Təhsili | Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, tərcümə fakültəsi (1986–1991) |
Atası | Əyyub Bəşir oğlu Feyziyev |
Mükafatları | |
Rəsmi saytı (saytın arxiv versiyası) |
Cavanşir Feyziyev — tanınmış xeyriyyəçi və Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Haqqında məlumatlar
12 iyul 1963-cü il tarixdə Vartaşen rayonunun Böyük Dəhnə kəndində anadan olub.
Təhsili
1970 – 1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində,
1977 – 1980-ci illərdə isə Orjonikidze (indiki Turan) qəsəbəsindəki riyaziyyat təmayüllü internat məktəbində,
1986 – 1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1991 – 1992-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində “Linqvist” tədris-tərcümə mərkəzinin icraçı direktoru,
1992 – 1994-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasında müəllim,
1994 – 1995-ci illərdə Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi və inzibatçı,
1995 – 1998-ci illərdə ABŞ-ın “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri,
2002 – 2010-cu illərdə “AvroMed” şirkətinin baş direktoru[qeyd 1] vəzifələrində çalışıb.
Milli Məclisdə
2010, 2015 və 2020-ci illərdə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin (müvafiq olaraq, IV, V və VI çağırış) deputatı seçilib.
Təltif və mükafatları
- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı – (2019);
- “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı – (2019).
Qeydlər
- ↑ 1,0 1,1 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.
Ədəbiyyat
- Qarayev Z. Gənc havadar // Dəhnə ziyalıları. — Bakı: Şuşa, 2000. — Səhifələrin sayı: 152. — Səh.: 80-84. — 500 nüsx.;
- Məmmədov Ə., Xalıqov F. Feyziyev Cavanşir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 147-150. — 600 nüsx. — ISBN 5-8066-1708-4.;
- Bioqrafiya . http://cavansir.feyziyev.com/. Cavanşir Feyziyev. Arxivləşdirilib (14 Mar 2016 - 6 Jan 2021).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatları
- 113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)
- İşləməyən fayl keçidləri olan səhifələr
- 12 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1963-cü ildə doğulanlar
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Dəhnə ziyalıları” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə