Şəki Dövlət Dram Teatrı

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (→‎Baş rejissorları) tərəfindən edilmiş 20:14, 4 aprel 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Şəki Dövlət Dram Teatrı
Şəki Dövlət Dram Teatrı
Əvvəlki adı Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı
Heyət
Direktor Namiq Qaffarov
Baş rejissor Mirbala Səlimli

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı — Şəki rayonunda fəaliyyət göstərən teatr.

Tarixi[Vizual/Mobil redaktə | HTML redaktə]

1879-cu ildə İpəkçilər şəhəri olan Şəkidə ilk dəfə, barama ambarında, maarifpərvər yazıçı Rəşidbəy Əfəndiyevin təşəbbüsü ilə M.F.Axundovun "Hacı Qara" komediyası yerli həvəskarlarla tamaşaya qoyulmuşdur. 1933-1950-ci illərdə Şəkidə fasilələrlə Dövlət Dram Teatrı, 1959-1975-ci illərdə isə xalq teatrı fəaliyyət göstərmişdir. 1975-ci ildə mərhum rejissor Vaqif Abbasovun və direktor Nazim Bilalovun rəhbərliyi ilə yeni Dövlət Teatrı yaranmış və az müddət ərzində böyük uğurlar qazanmışdır. 1977-ci ildə Bolqar dramaturgiyası festvalında R.Stayanovun "Ustalar" əsəri ilə çıxış edən teatr festifalın baş mükafatına layiq görüldü və Bolqarstana dəvət aldı. 1978-ci ildə Macar dramaturqu Şandor Petefinin "Pələng və kaftar", 1980-cı ildə Alman dramaturqu Bartold Brextin "Arturo U-nin karyerası", 1981-ci ildə Polşa dramaturqu Çapekin "Ağ xəstəlik", 1982-ci ildə Rumıniya dramaturqu M.Sebastyanın "Adsız ulduz" əsərləri ilə dalbadal festifallarda çıxış edən teatr bütün festifalların qalibi olaraq teatr tarixinə öz imzasını atdı. Teatr 1984-cü ildə Moskvada qastrolda olmuşdur. 1985-ci ilədək teatrın baş rejissoru H. Atakişiyev olmuşdur. 1985-ci ildə bu vəzifəyə Cahangir Novruzov təyin olunmuşdur.

130 il ərzində teatr həm Azərbaycan, həm də dünya klassiklərinin əsərlərinə səhnə tərtibatı vermiş və öz dəsti xətti ilə Amerika, Avropa və Asiyada şöhrət qazanmışdır.

Baş rejissorları[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Vaqif Abbasov (26.6.1975 — 3.1.1979);
  2. Hüseynağa Atakişiyev (8.1.1979 – 4.2.1985);
  3. Cahangir Novruzov (4.2.1984 — 18.1.1989);
  4. Mərdan Feyzullayev (20.2.1989 – 1 .5.1994);
  5. Muxtar İbadov (1.5.1994 — 27.8.1996);
  6. Qəmər Məmmədova (26.8.1996 – 25.10.1996);
  7. Mirbala Səlimli (9 iyun 1997-ci ildən).

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Rəhimli İ. Вәrраdan sonra Şəki teatrında baş refissor işləyənlər // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 155. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.