Şəki xanları və onların nəsilləri
Şəki xanları və onların nəsilləri | |
---|---|
Dər bəyani əhvalat və silsileyi xəvanin-i səlefi Şeki | |
1930-cu ildə çap olunmuş “Şəki xanları və onların nəsilləri” kitabçasının üz qabığı. | |
Müəllif | Hacı Seyid Əbdülhəmid |
Orijinalın dili | azərbaycanca və rusca |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
İl | 1930 |
Nəşriyyat | Qızıl Şərq |
Nəşr | Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu |
Tiraj | 1000 |
elektron versiyası |
“Şəki xanları və onların nəsilləri” (“Dər bəyani əhvalat və silsileyi xəvanin-i səlefi Şeki”) — 1930-cu ildə Bakıda “Qızıl Şərq” nəşriyyatında 1000 tirajla çap olunmuş 24 səhifəlik kitabça. Kitabça Salman Mümtazın 1909-cu ildə Nuxada Hacı Yaqub əfəndinin kitabxanasından əldə etdiyi Hacı Seyid Əbdülhəmid tərəfindən qələmə alınmış Şəki xanlarının tarixinə dair əsərdən, Əziz Ubeyduylinin qələmə aldığı bir səhifəlik “Müqəddimə”dən, Salman Mümtazın qələmə aldığı bir səhifəlik “Bir neçə söz”dən və bunların rusca tərcüməsindən, həmçinin, əlavə olaraq Nadir şahın 3 fərmanının fotoşəklindən və həmin fərmanların rusca müxtəsər tərcüməsindən ibarətdır.
Ədəbiyyat
- Redaktordan // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı: 68. — Səh.: 8-9.