Fikrət Məmmədov
Fikrət Məmmədov | |||||||
---|---|---|---|---|---|---|---|
Məmmədov Fikrət Fərrux oğlu | |||||||
Fayl:Fikrət Mammadov.jpg | |||||||
Fikrət Məmmədov, 2010-cu il. | |||||||
|
|||||||
|
|||||||
Sələfi | Südabə Həsənova | ||||||
|
|||||||
Doğum tarixi | 1 iyul 1955 | ||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||
Vətəndaşlığı | SSRİ→ Azərbaycan | ||||||
Atası | Məmmədov Fərrux Məmməd oğlu | ||||||
Anası | Əliyeva Dilbər Əziz qızı | ||||||
Partiya | bitərəf | ||||||
Təhsili |
• 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsi (–1977) • Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbi (−1988) |
||||||
Təltifləri |
Şablon:"Vətənə xidmətə görə" ordeni |
||||||
Commonsda da Fikrət Məmmədov ilə əlaqəli mediafayllar var |
Fikrət Məmmədov — I dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Azərbaycan Respublikasının ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xalası oğludur.
Haqqında məlumatlar
1 iyul 1955-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini,
1988-ci ildə Bakı Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirib.
Əmək fəaliyyəti
1977 – 1994-cü illərdə əvvəl rayon prokurorunun köməkçisi, sonra isə Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi, Azərbaycan KP MK inzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikasının Baş Prokurorluğunda hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru vəzifələrində çalışıb.
1994 – 2000-ci illərdə Azərbaycan Respublikasının baş prokurorunun müavini olub.
2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının ədliyyə naziridir.
2005-ci ildən Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədridir.
Beynəlxalq təşkilatlarda üzvlüyü
Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.
Təltif və mükafatları
- “Şöhrət” ordeni (2005);
- “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı (2008);
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2015);
- I dərəcəli “Vətənə xidmətə görə” ordeni (2018);
- Azərbaycan Respublikasının, xarici dövlətlərin, beynəlxalq təşkilatların medalları və digər mükafatlar.
Ailəsi
Atası: Fərrux Məmməd oğlu Məmmədov, 1915-ci ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuş, 1997-ci ildə Bakıda vəfat etmişdir.
Anası: Dilbər Əziz qızı Əliyeva, görkəmli sovet partiya və dövlət xadimi Əziz Əliyevin qızı.
Evlidir, 4 övladı var;
- Oğlu: Fariz Məmmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvüdür. 1998 – 2002-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2003 – 2005-ci illərdə isə mülki hüquq üzrə magistr təhsili alıb. 2005-ci ildə təhsilini Fransada davam etdirib – Paris-Srbonn Universitetində(en) hüquqşünaslıq ixtisası üzrə magistr təhsili alıb.
Ədəbiyyat
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Fikrət Fərrux oğlu Məmmədov". justice.gov.az (azərb.). justice.gov.az. 7 Apr 2019 - 17 Dec 2019 tarixində arxivləşdirilib.
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Fərrux Məmməd oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 271-274. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- "Məşhurların övladları: Ədliyyə naziri Fikrət Məmmədovun vəkil oğlu". modern.az (azərb.). modern.az. 13 May 2018. 13 May 2018 – 11 Sep 2019 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1955-ci ildə doğulanlar
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Azərbaycan Respublikasının əməkdar hüquqşünasları
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə