Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Nuxa okruqu

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:01, 11 iyul 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nuxa okruqu
Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması, Nuxa fəhləsi, 1930.jpg
Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
İnzibati  mərkəz: Nuxa (indiki Şəki)
Yaranma  tarixi: 25 yanvar 1930(1930-01-25)
Ləğv  olunma  tarixi: 30 avqust 1930
(0 il mövcud olub)
Coğrafi  region: Azərbaycan SSR
Yerləşirdi: Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

Nuxa okruqu — Azərbaycan ərazisində 1930-cu ildə yarım ildən bir az çox müddət ərzində mövcud olmuş birinci dərəcəli inzibati ərazi. 25 yanvar 1930-cu il tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə, eyni tarixdə ləğv edilmiş keçmiş Zaqatala-Şəki mahalı ərazisinin bir hissəsində yaradılmışdır. Okruqun inzibati mərkəzi Nuxa, rəsmi qəzeti “Şəki fəhləsi”, icraiyyə komitəsinin sədri Ələşrəf İsmayılov, icraiyyə komitəsinin katibi Abbasov olub. Okruq 3 rayondan – Göynük, Cəfərabad Vartaşen rayonlarından, o cümlədən, 26 kənd sovetliyindən və 100 kənddən ibarət idi. Okruq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə ləğv olunmuşdur. Okruq ləğv edildikdən sonra ləğv edilənədək tərkibində olmuş ikinci dərəcəli inzibati ərazilər – rayonlar, həmin tarixdən birinci dərəcəli inzibati əraziyə çevrilmişdir.

Ədəbiyyat

  1. Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
  2. İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.