Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Almas Hüseynbəyova

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:05, 2 sentyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Almas Hüseynbəyova
Hüseynbəyova Almas Məmmədəli qızı
Almas Hüseynbəyova
Almas Hüseynbəyova.
Doğum tarixi 13 yanvar 1934(1934-01-13)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 16 yanvar 2016 (82 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika-riyaziyyat fakültəsi, riyaziyyat ixtisası (–1957)

 • V.İ.Lenin ordenli Moskva Energetika İnstitutu, aspirantura (1957–1960)
Həyat yoldaşları Əli Əhmədov, Həmid Rəsulov

Almas Hüseynbəyova (1934–2016) — fizika-riyaziyyat elmləri namizədi, dosent, AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki Xüsusi Konstruktor bürosunun elmi işlər üzrə direktor müavini.

Haqqında məlumatlar

13 yanvar 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1951-ci ildə Şəki şəhər 5 saylı orta məktəbini,

1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

1957-ci ildə Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılıb, 3 illik Moskva şəhərinə ezam edilərək aspirantura dövrünü V.İ.Lenin ordenli Moskva Energetika İnstitutunda keçirib.

Elmi fəaliyyəti

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları 1960-cı illərdə; sağdan: Fərəməz Maqsudov, Almaz Hüseynbəyova, Şamil Vəkilov, Bala İsgəndərov, Xamis Nəcəfov.

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında V.İ.Lenin ordenli Moskva Energetika İnstitutunun professoru f.-r.e.d. M.İ.Vişikin rəhbərliyi altında “Çuxur potensiallı məsələlərdə məxsusi funksiyalar və məxsusi ədədlərin asimitotik təfriqi” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.

1965-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə diferensial tənliklər ixtisası üzrə ona baş elmi işçi (dosent) elmi adı verilib.

Moskva, Leninqrad şəhərlərində riyaziyyat üzrə qurultay, simpozium və seminarlarda elmi məruzələrlə çıxış edib. 1965-ci ildə Polşa Respublikasında bir aylıq elmi məzuniyyətdə olub, Varşava, Krakov və Poznan şəhərlərində elmi məruzələrlə çıxış edib.

26 elmi məqalənin müəllifidir. “Elm və həyat” və “Fizika və riyaziyyat tədrisi” jurnallarında riyaziyyata aid məqalələri çap olunub.

İki nəfər elmlər namizədi yetişdirib.

Əmək fəaliyyəti

1957-ci ildən – S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin 5-ci kursunda oxuyan vaxtdan ömrünün sonunadək Azərbaycan SSR EA/AMEA Riyaziyyat və Mexanika İnstitutunda işləyib; o cümlədən, əvvəl elmi işçi əvəzi, sonra kiçik elmi işçi, daha sonra baş elmi işçi, laboratoriya müdiri və nəhayət,

1995-ci ildən institutun nəzdindəki Xüsusi Konstruktor bürosunda elmi işlər üzrə direktor müavini olub.

Pedaqoji fəaliyyəti

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində, Tusi adına Azərbaycan Pedaqoji Universitetində saat hesabı ilə dərs deyib. Pedaqoji Universitetdə 4 il riyaziyyat ixtisası üzrə Dövlət İmtahan Komissiyasının sədri olub.

İctimai fəaliyyəti

SSRİ maarif, ali məktəb və elmi idarə işçiləri həmkarlar ittifaqının IX qurultayının, qadınların Bakıda keçirilən IV qurultayının iştirakçısı olub.

Vəfatı

16 yanvar 2016-cı il tarixdə – 82 yaşında, Bakıda vəfat edib. Vəsiyyətinə uyğun olaraq Bakıda – əri Həmid Rəsulovun qəbrinin yanında da dəfn olunub.

Ədəbiyyat

Məmmədov Ə., Xalıqov F. Hüseynbəyova Almas // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 240-242. — 1.000 nüsx.