Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Tural Adışirin

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 18:04, 21 fevral 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Tural Adışirin
Adışirin Tural Kamil oğu
Tural Adışirin
Doğum tarixi 26 fevral 1990 (1990-02-26) (34 yaş)
Doğum yeri Oxud, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi (elmi işçi)
Təhsili

 • Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsi, bakalavriat (2007–2011)

 • Lənkəran Dövlət Universitetinin filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsi, magistratura (2017–2019)
Atası Kamil Adışirinov

Tural AdışirinAMEA Şəki Regional Elmi Mərkəzinin folklorşünaslıq və el sənətləri şöbəsinin elmi işçisi.

Haqqında məlumatlar

26 fevral 1990-cu il tarixdə Şəki rayonunun Oxud kəndində anadan olub.

Təhsili

1997 – ci ildə Oxud kənd səkkizillik məktəbində,

1997 – 1999-cu illərdə Qoxmuq kənd tam orta məktəbində,

2000 – 2007-ci illərdə Şəki şəhər 9 saylı beynəlmiləl tam orta məktəbdə,

2007 – 2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsinin bakalavriatnda,

2017 – 2019-cu illərdə Lənkəran Dövlət Universitetinin filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsinin magistraturasında təhsil alıb.

Əmək fəaliyyəti

2011 – 2014-cü illərdə Oğuz rayon Malıx kənd ümumi orta məktəbində,

2014 – 2017-ci illərdə isə Şəki rayon Suçma kənd tam orta məktəbində azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.

1 iyun 2019-cu il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzin folklorşünaslıq və el sənətləri şöbəsinin elmi işçisidir.

Elmi fəaliyyəti

5 beynəlxalq, 3 respublika konfransının, 6 elmi məqalənin müəllifidir.

“Mədəniyyət” qəzetində dərc olunmuş məqalələri

Siyahı
  • Mirzə Fətəli Axundzadə maarifçi realizmin banisi kimi – “Filologiya məsələləri” jurnalı, 2018, № 5.
  • Balakən-Şəki bölgəsindən toplanmış nağıllarda Kitabi-Dədə Qorqud” paralelləri – “Dədə Qorqud” jurnalı, 2020, № 2.
  • Balakən-Şəki bölgəsindən toplanmış epik folklor örnəklərində milli-mənəvi dəyərlərin əksi – “Axtarışlar” jurnalı, 2021, № 2.
  • Azərbaycanın şimal-qərb bölgəsinin folklorunda çevrilmə motivi – “Axtarışlar” jurnalı (2022, №2).
  • Azərbaycanın şimal-qərb bölgəsinin folklorunda sənətkarlıq nümunələrinin əksi – “Gənc tədqiqatçı” jurnalı, 2022, № 2).
  • “Azərbaycanın şimal-qərb bölgəsinin folkloru mifoloji aspektdə” – “Dədə Qorqud” jurnalı, 2022, № 4.

Ədəbi-bədii yaradıcılığı

Ədəbiyyat