Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Tural Adışirin

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Tural Adışirin
Adışirin Tural Kamil oğlu
Tural Adışirin
Tural Adışirin.
Doğum tarixi 26 fevral 1990 (1990-02-26) (34 yaş)
Doğum yeri Oxud, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi (elmi işçi)
Təhsili

 • Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsi, bakalavriat (2007–2011)

 • Lənkəran Dövlət Universiteti, filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsi, magistratura (2017–2019)
Atası Kamil Adışirinov

Tural Adışirin — şair, publisist və ədəbiyyatşünas, “Manera.az” ədəbi-mədəni saytının redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin üzvü, AMEA Şəki Regional Elmi Mərkəzinin ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

26 fevral 1990-cu il tarixdə Şəki rayonunun Oxud kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1997 – ci ildə Oxud kənd səkkizillik məktəbində,

1997 – 1999-cu illərdə Qoxmuq kənd tam orta məktəbində,

2000 – 2007-ci illərdə Şəki şəhər 9 saylı beynəlmiləl tam orta məktəbində,

2007 – 2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsinin bakalavriatnda,

2017 – 2019-cu illərdə Lənkəran Dövlət Universitetinin filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsinin magistraturasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

2011 – 2014-cü illərdə Oğuz rayon Malıx kənd ümumi orta məktəbində,

2014 – 2017-ci illərdə isə Şəki rayon Suçma kənd tam orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.

1 iyun 2019-cu il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzin folklorşünaslıq və el sənətləri şöbəsinin elmi işçisidir.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

8 elmi məqalənin müəllifidir.

5-i beynəlxalq, 3-ü isə respublika əhəmiyyətli olmaqla 8 elmi konfransda iştirak edib.

Ədəbi-bədii yaradıcılığı[redaktə | HTML redaktə]

Şeirləri Azərbaycanın (“Azərbaycan”, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Kaspi”, “Ədalət” qəzetləri və “Ulduz” jurnalı), İranın (“Sancaq” qəzeti (Təbriz)), Türkiyənin (“Antalya Sanat Dergisi” (Antalya)) və Özbəkistanın (“Kitab dünyası” qəzeti) ədəbi dövri-mətbuatında, Qazaxıstanda çap edilmiş “Yeni zaman Azərbaycan şeir antologiyası”nın II cildində, Azərbaycanda çap edilmiş “Şəkidən gələn səslər” toplusunun I cildində və hələ çap olunmamış “Oxud məktəbinin maarif pərvanələri” ensiklopedik toplusunda dərc olunub.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Orsər R. Tural Adışirin // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 832-836. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Adışirinov K. TURAL KAMİL oğlu ADIŞİRİNOV // Oxud məktəbinin maarif pərvanələri.