Ləman Kaşiyeva
Ləman Kaşiyeva | |
---|---|
Kaşiyeva Ləman Aydın qızı | |
Ləman Kaşiyeva, 2018-ci il. | |
Doğum tarixi | 17 aprel 1967 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Dövlət İqtisad Universiteti, Rus İqtisad Məktəbi, iqtisadiyyat kafedrası (dosent) |
Elmi dərəcəsi | iqtisad elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1984–1988) |
Atası | Aydın Kaşiyev |
facebook səhifəsi |
Ləman Kaşiyeva — iqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universiteti Rus İqtisad Məktəbinin iqtisadiyyat kafedrasının dosenti.
Haqqında məlumatlar
17 aprel 1967-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1974 – 1984-cü illərdə Bakı şəhər 134 №-li orta məktəbdə,
1984 – 1988-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1988 – 1991-ci illərdə Memarlıq və Tikinti Elmi-Tədqiqat İnstitutunda iqtisadçı,
1991-2001-ci illərdə Bakı Yerli Sənaye Texnoloji Texnikumunda müəllim vəzifəsində çalışıb.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində işləyir; o cümlədən,
2001 – 2002-ci illərdə biznesin təşkili kafedrasında müəllim,
2002 – 2013-cü illərdə baş müəllim,
2013 – 2017-ci illərdə dosent vəzifəsində çalışmış,
2017-ci ildən isə Rus İqtisad Məktəbinin iqtisadiyyat kafedrasının dosenti olmuşdur.
Elmi fəaliyyəti
2006-cı ildə “Azərbaycan Biznesin inkişafında Böyük İpək Yolunun rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Milli iqtisadiyyatın aktual problemlərinə aid 50-ə qədər elmi əsərin, o cümlədən 5 kitab, dərslik və dərs vəsaitinin, tədris proqramların müəllifidir. Məqalələri həm respublika daxilində, həm də xaricdə dərc olunub.
Ailəsi
Ailəlidir, bir övladı var.
Ədəbiyyat
- "i.e.n., dosent Kaşıyeva Ləman Aydın". unec.edu.az (azərb.). unec.edu.az. 12 Sep 2016 – 21 Jan 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |