Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov | |
---|---|
Hüseynov Şirməmməd Ağaməmməd oğlu | |
Şirməmməd Hüseynov, 1991-ci il. | |
Doğum tarixi | 17 dekabr 1924 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 24 iyun 2019 (94 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | mətbuat tarixi, publisistika |
İş yeri | Bakı Dövlət Universiteti, mətbuat tarixi kafedrası |
Elmi dərəcəsi | elmlər namizədi |
Elmi adı | professor |
Təhsili |
• Nuxa Dövlət Müəllimlər İnstitutu, fizika-riyaziyyat fakültəsi (1941–1943); • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya-jurnalistika şöbəsi (1945–1950); • Mixail Lomonosov adına Moskva Dövlət Universiteti, jurnalistika fakültəsi, aspirantura şöbəsi (1950–1954). |
Həyat yoldaşı | Ülkər Hüseynova |
Evladları | Fərəh Əliyeva və Lalə Hüseynova |
Elmi rəhbəri | A.Portyanski |
Mükafatları |
|
Şirməmməd Hüseynov (1924–2019) — görkəmli Azərbaycan alimi və mətbuat tədqiqatçısı, Azərbaycan SSR əməkdar jurnalisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi kafedrasının professoru.
Haqqında məlumatlar
17 dekabr 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Üç yaşı olarkən atası vəfat edib.
Təhsili
1940-cı ildə Nuxa şəhər 2 №-li orta məktəbini bitirib.
1941 – 1943-cü illərdə Nuxa Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində,
1945 – 1950-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya-jurnalistika şöbəsində,
1950 – 1954-cü illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb.
Əmək fəaliyyəti
1943-cü ilin mart ayından 1944-cü ilin iyun ayınadək Zaqatala rayonunun Varxian, Nuxa rayonunun Aşağı Göynük və Oxud kəndlərinin orta məktəblərində fizika-riyaziyyat müəllimi,
1944-cü ilin iyun ayından 1945-ci ilin avqustuna qədər “Nuxa fəhləsi” qəzetində ədəbi,
1947-ci ilin aprel ayından 1950-ci ilin sentyabr ayına qədər S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Lenin tərbiyəsi uğrunda” qəzetində redaktor müavini,
1948 – 1950-ci illərdə “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri vəzifəsində çalışıb.
1954 – 2019-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində işləyib; o cümlədən,
1954 – 1961-ci illərdə filologiya fakültəsinin jurnalistika kafedrasında əvvəl müəllim, sonra dosent,
1962 – 1969-cu illərdə filologiya fakültəsinin dekan müavini,
1961 – 1971-ci illərdə jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasında dosent,
1971 – 1976-cı illərdə jurnalistika fakültəsinin dekanı,
1971 – 1988-ci illərdə mətbuat tarixi kafedrasında dosent,
1976 – 1988-ci illərdə mətbuat tarixi kafedrasının müdiri,
1988-ci ildən mətbuat tarixi kafedrasında professor vəzifəsini tutub.
Elmi fəaliyyəti
1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edib.
5 dissertantın elmi rəhbəri, 14 dissertasiya işinin opponenti, 5 monoqrafiyanın elmi redaktoru olub.
Elmi fəaliyyətini əsasən Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr etmişdir; mətbuatşünaslığa dair çap olunmuş 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Azərbaycan klassik jurnalistikasının görkəmli simaları olan Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi yeri var.
- Milli haqq və ədalət axtarışında. Bakı, 2004;
- Mənəvi irsimiz və gerçəklik. Adiloğlu. Bakı, 2004;
- Mənəvi irs və müasirlik. Bakı, 2007;
- Publisistikanın irsi və müasirliyi. Bakı, 2007;
- Mətbu irsimizdən səhifələr. Bakı, 2007;
- Müstəqilliyin çətin yolu... reallıqlar, düşüncələr. «Elm» nəşriyyatı, 33 ç.v., Bakı, 2009;
- M. Ə. Rəsulzadə-Azərbaycanda milli hərəkat. (Təqdim edəni və ön sözün müəllifi). «Elm» nəşriyyatı, Bakı, 2009;
- Ü. Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri. I hissə, «Elm», Bakı, 2009;
- Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş və ixtisar edilmiş əsərləri. II hissə, Bakı, 2010;
- Müsavat Partiyası-100. Azərbaycan istiqlalının bayraqdarı. «Adiloğlu» nəşriyyatı, Bakı, 2011;
- M.Ə.Rəsulzadənin əsərləri, IV cild. Bakı, 2013;
- M.Ə.Rəsulzadə. Bakı və Azərbaycan tarixinə dair əsərləri, "Qanun" nəşriyyatı, Bakı, 2013;
- Ö.F.Nemanzadə. Nəşri asarə dəvət. "Qanun" nəşriyyatı, Bakı, 2013;
- Ş.Hüseynov “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918- aprel1920) II cild. "Qanun", Bakı, 560 səh., 35 ç/v., Bakı, 2016;
- Ş.Hüseynov “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918- aprel1920) III cild. "Qanun", Bakı, 552 səh., 34 ç/v., Bakı, 2017;
Təltif və mükafatları
- “Nizami təqaüdü” (1948);
- “Qızıl qələm” mükafatı (1966);
- “Qızıl qələm” mükafatı (1972);
- “Azərbaycan SSR əməkdar jurnalisti” fəxri adı (1988);
- Zərdabi adına mükafat (1991);
- Yusif Məmmədəliyev adına mükafat (1992);
- Məmmədəmin Rəsulzadə adına mükafat (1998);
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005);
- “Şərəf” ordeni (2014).
Vəfatı
24 iyun 2019-cu il tarixdə – 94 yaşında, Bakıda vəfat edib. Bakıda İkinci Fəxri Xiyabanda dəfn olunub. Vəfatı ilə bağlı rəsmi dövlət qəzetlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının digər yüksək vəzifəli dövlət xadimlərinin imzaladıqları nekroloq dərc olunub. Azərbaycan Respublikasının peezidenti İlham Əliyev və və digər yüksək vəzifəli dövlət xadimləri mərhumla vida mərasimində iştirak ediblər.
Ailəsi
Həyat yoldaşı:
- Ülkər Hüseynova, 1966-cı ildən «Elm və həyat» jurnalında işləyir, 2013-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş mütəxəssisdir.
Uşaqları:
- Fərəh Əliyeva – sənətşünaslıq elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri.
- Lalə Hüseynova – tanınmış musiqişünas-pedaqoq, sənətşünaslıq elmləri namizədi, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Hüseynov Şirməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 173-174. — 600 nüsx. — ISBN 5-8066-1708-4.;
- "Hüseynov Şirməmməd Ağaməmməd oğlu". http://journalism.bsu.edu.az/ (azərb.). Bakı Dövlət Universiteti 2009. 8 Sep 2009 – 31 Jan 2020 tarixində arxivləşdirilib.
- "Prezident İlham Əliyev Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzalayıb". https://report.az/. report.az. 23 Jun 202 tarixində arxivləşdirilib.
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ş
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1924-cü ildə doğulanlar
- 17 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 24 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 2019-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar jurnalistləri
- "Şərəf" ordeni ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə