Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

İlqar Kərimov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış musiqi...' ilə yarat) tərəfindən edilmiş 21:13, 12 iyun 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
İlqar Kərimov
Kərimov İlqar Abdulkərim oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 21 avqust 1960 (1960-08-21) (63 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Atası Abdulkərim Kərimov
Anası Rəfiqə Kərimova
Təhsili

 • Şəki şəhər 43 №-li texniki-peşə məktəbi, rəngsaz ixtisası (1975–1978)

 • -cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitu, sənaye və mülki tikinti ixtisası (1979–1984)

İlqar Kərimov — “İFAN” şirkətinin direktoru, tanınmış qarmon ifaşısı və həvəskar bəstəkar, təmir-tikinti sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr.

Haqqında məlumatlar

21 avqust 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1967 – 1975-ci illərdə Nuxa/Şəki şəhər 2 №-li orta məktəbində,

1975 – 1978-ci illərdə Şəki şəhər 43 №-li texniki-peşə məktəbində,

1979 – 1984-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitunda təhsil alıb.

Əmək fəaliyyəti

1978 – 1979-cu illərdə Şəki kolxozlararası tikinti idarəsində rəngsaz,

1984 – 1987-ci illərdə Azərbaycan SSR Avtomobil Yolları Tikintisi və İstismarı Nazirliyinin təmir-tikinti sahəsində iş icraçısı,

1988-ci ildə “Azərkinovideo” İstehsalat Birliyində sahə rəisi,

1989 – 1991-ci illərdə təmir-tikinti idarəsinin rəisi,

1991 – 1996-cı illərdə təmir-tikinti trestinin müdiri,

1996 – 2016-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təmir-tikinti trestinin müdiri vəzifəsində çalışıb.

2016-cı ildən “İFAN” şirkətinin direktorudur.

Musiqi fəaliyyəti

1966-cı ildə ilk dəfə (6 yaşında) qarmon alətilə məşgul olmaga başlayıb. İlk müəllimi Nurəddin Bədəlov, sonra isə Vaqif Mustafayev olub.

1976 – 1978-ci illərdə Şəkidə, Şahid Əbdülkərimovun “Şəfa” ansamblında qarmon ifaçısı,

1979 – 1984-cü illərdə Azərbaycan İnşaat Mühəndislər İnstitunun “Arzu” ansamblında,

1983 – 1986-cı illərdə əməkdar incəsənət xadimi Agası Məşədibəyovun rəhbərlik etdiyi “Azərbaycan təranələri” ansamblında,

1979 – 1990-cı illərdə xalq artisti, professor Abbasqulu Nəcəfzadənin rəhbərlik etdiyi “Günaydın” instrumental ansamblında,

1982 – 1989-cu illərdə “Meyxana” ansamblında və Baba Mahmudoğlunun rəhbərlik etdiyi Azərbaycan Televiziyası və Radiosunun “Dastan” folklor ansamblında qarmon ifaçısı olub.

Uzun illər Azərbaycan Televiziya və Radiosunun çəkilişlərində, dövlət tədbirlərində, böyük konsert salonlarında Azərbaycanın populyar mügənnilərini, o cümlədən xalq artistləri Baba Mahmudoğlunu, Teynur Mustafayevi, Səfa Qəhrəmanovu, İlhamə Quliyevanı, Gülağa Məmmədovu, Yalçın Rzazadəni, Qəndab Quliyevanı, Canəli Əkbərovu, həmiçinin, Xədicə Abbasova, Nazim Agayev, Səyyad Əlizadə, Saleh Bədəlov, Süleyman Zeynalov, Rəna Axundova və Elçın Cəlilov kimi tanınmış müğənniləriri müşəiyət edib.

“Qarmon məktəbini yaradan Əhəd” kitabının həmmüəllifidir.

Rəqslərin əksəriyyəti Azərbaycan Televiziyası və Radiosunun Fonduna daxil edilmişdir. Azərbaycan Radiosu 2021-ci ildə İlqar Kərimovun yardacılığı haqqında “Daha bir görüş” proqramında 45 dəqiqəlik radio-oçerk hazırlamış və səsləndirilmişdir. 105 FM dalğalarında bu rəqslər tez-tez səsləndirilir. Həmin rəqslər “Əqli Mülkiyyət Agentliyində qeydə alınmış və müəlliflik “Şəhadətnamə”si verilmişdir. Rəqslərin müəllif hüquqları qorunur.

Bəstələri

  1. “Ayla” rəqsi (1982)
  2. “Banu” rəqsi (2021)
  3. “Aygün” rəqsi (2021)
  4. “Fidan” rəqsi (2021)
  5. “Məryəm” rəqsi (2021)
  6. “Mıdinə” rəqsi (2021)
  7. “Aytən” rəqsi (2022)
  8. “Duyğular” kompozisiyası (2022)
  9. “Lirik An” kompozisiyası (2022)
  10. “Fərəh” rəqsi (2022)
  11. “Tahir” rəqsi (2022)
  12. “Səid” rəqsi (2022)
  13. “Yubiley” rəqsi (2022)
  14. “Nurlu yol” kompozisiyası (2022)
  15. “Əziz Bacım” rəqsi (2023)
  16. “Nigar” rəqsi (2023)

Ailəsi

Ailəlidir. 2 övladı var. Böyük qızı Aysel Məmmədbəyli alimdir, filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin dosentidir. Kiçik qızı Nigar Kərimli-Ağayeva, Azərbaycan Neft və Sənaye Universitetinin müəllimidir.

Aidiolar