Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Nicat Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:NKateqoriya:Şəkidən çıxmış rəssam və heykəltəraşlar {{Rəssam |Adı = Nicat Məmmədov |Orijinal adı = ''Məmmədov Nica...' ilə yarat) tərəfindən edilmiş 13:49, 2 iyun 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Nicat Məmmədov
Məmmədov Nicat Səbuhi oğlu
Nicat Məmmədov
Nicat Məmmədov, 2019-cu il
Doğum tarixi 1 oktyabr 1988 (1988-10-01) (35 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, kitab qrafiası ixtisası ()

Nicat Məmmədov (Məmmədov Nicat Səbuhi oğlu; d.  1 oktyabr 1988-ci il, Şəki, Azərbaycan SSR, SSRİ ) –

Haqqında məlumatlar

1988-ci il Şəkidə anadan olub.

1995 – 2006-cı illərdə Şəki şəhərindəki 9 saylı rus məktəbində oxuyub.

1999 – 2007-ci illərdə rəsm sərgilərində müvəfəqiyyətlə fəal iştirak edib, altı fəxri fərman, üç diplomla mükafatlandırılıb.

2004-cü ildə Bakı incəsənət Mərkəzinin keçirdiyi I Ümumazərbaycan Uşaq Rəsm Müsabiqəsində Şəki şəhəri və regionu üzrə I yer tutub.

2006-cı ildə Şəki şəhər Uşaq İncəsənət məktəbini bitirib.

2006 – 2010-cı illərdə bakalavr təhsil alıb.

2009-cu ildə Azərbaycan – Türkiyə sərgisi “İki devlet Bir Millet” (ADRA),

2007-ci ildən Azərbaycan Karikaturaçıları Birliyinin üzvüdür.

2007 – 2010-cu illərdə oxuduğu müddətdə Bakı “Çinar” nəşriyyatında uşaqlar üçün bir çox nağıl kitablarında illyustrasiyalarının rəssamı olub.

2011 – 2012-ci ildə Çaşıoğlu nəşriyyatında qrafik rəssam işləyib.

2016 – 2019-cu illərdə Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam işləyib.

2017-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

“Xənnas” filminin köməçki rəssamı (2016),

“Aporia” filminin quluşçu rəssamı (2019) olub.

2016 – 2019-cı illərdə Şəki Dövlət Dram Teatrında bir çox tamaşaların quruluşçu rəssamı olub (“Kəlilə və Dimnə” (2016), “Vicdan yükü” (2016), “Davul səsi”(2017)[1], “Kralın yeni libası” (2017), “Gözəlləri necə qaçırıllar” (2017), “Hərənin bir ulduzu”(2018), “Lodos” (2018), “Xəstəlik xəstəsi” (2019) və s.).

2018 – 2019-cu ildə Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramist kimi fəaliyyət göstərib.

2012-2020-ci illdən Şəkidə reklam sahəsində qrafik-dizayner kimi fəaliyyət göstərir.

Hal hazırda Russiyanın Sankt-Peterburq şəhərində NR-Pro şirkətində qrafik dizayner işləyir.

Rəssam Səbuhi Məmmədovun oğludur.

Ailəlidir iki qızı var.

  1. 2018-ci il III Beynəlxalq Teatrçılar Forumunun kataloqunda Moskvada 13 ölkənin sırasında Azərbaycanı təmsil edən “Davul səsi”, “Kəlilə və Dimnə”, “Vicdan yükü” dram tamaşalarının səhnə dekorasiyaları da yer almışdır. H.Sayın “Davul səsi” dram əsəri 2018-ci il “Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr festivalında da tamaşaya qoyulub.