Firədun İbrahimov
Firədun İbrahimov | |
---|---|
İbrahimov Firədun Nadir oğlu | |
Firədun İbrahimov. |
Firədun İbrahimov — pedaqoji elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının kafedra müdiri, AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi.
Haqqında məlumatlar
5 fevral 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qudula kəndində anadan olub.
Təhsili
1968-ci ildə Nuxa şəhər M.Füzuli adına 3 №-li orta məktəbini,
1972-ci ildə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu,
1982-ci ildə aspiranturanı bitirib.
Əmək fəaliyyəti
1972 – 1973-cü illərdə Təpəcənnət kənd məktəbində müəllim,
1973 – 1982-ci illərdə Baltalı kənd məktəbində müəllim və direktor,
1983 – 2000-ci illərdə Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun Şəki filialında direktor,
2000 – 2005-ci illərdə Şəki şəhər İcra hakimiyyəti aparatında şöbə müdiri,
2005 – 2012-ci illərdə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.
2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında kafedra müdiridir.
İkinci iş yeri
AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisidir.
Elmi fəaliyyəti
1982-ci ildə “Riyaziyyatın tədrisi prosesində şagirdlərin fəza təsəvvürlərinin formalaşdırılması problemi” mövzusunda namizədlik dissertasiyasını,
2006-cı ildə isə “Təlim prosesində alqoritmik və evristik fəaliyyətlərin optimal münasibətlərinin əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
144 elmi məqalənin müəllifidir. O cümlədən, 15 məqaləsi xarici elmi nəşrlərdə çap olunub.
Təltif və mükafatları
- “Qabaqcıl maarif xadimi” döş nişanı.
- “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. . . // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 195-197. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- .
.