Ələddin Sultanov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (→‎Elmi fəaliyyəti) tərəfindən edilmiş 20:41, 5 noyabr 2023 tarixli redaktə
Ələddin Sultanov
Sultanov Ələddin Osman oğlu
Ələddin Sultanov
Ələddin Sultanov (22 may 2017).
Doğum tarixi 1 sentyabr 1981 (1981-09-01) (43 yaş)
Doğum yeri Şorsu, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi fəlsəfə, ərəb ədəbiyyatı, dinşünas
Elmi dərəcəsi fəlsəfə üzrə fəlsəfə doktoru
Təhsili

 • Səlcuq Universiteti (Türkiyə), fən-ədəbiyyat fakültəsi, ərəb dili və ədəbiyyatı bölməsi, bakalavriat (2000–2002)

 • İstanbul Universiteti (Türkiyə), ədəbiyyat fakültəsi, ərəb dili və ədəbiyyatı bölməsi, bakalavriat (2000–2002)

 • Səlcuq Universiteti (Türkiyə) Sosial Elmlər İnstitutu, ərəb dili və ədəbiyyatı bölməsi, magistratura (2002–2005)

Ələddin Sultanov — ərəbşünas, dinşünas, fəlsəfə üzrə fəlsəfə doktoru, Zaqatala İslam Kollecinin baş müəllimi və AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisi.

Haqqında məlumatlar

1 sentyabr 1981-ci il tarixdə Şəki rayonunun Şorsu kəndində anadan olub.

Təhsili

1988 – 1997-ci illərdə Şorsu kənd tam orta məktəbində,

1997 – 1998-ci illərdə Şin kənd tam orta məktəbində,

1998 – 2000-ci illərdə Səlcuq Universitetinin (Türkiyə) fən-ədəbiyyat fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsində (bakalavriat),

2000 – 2002-ci illərdə İstanbul Universitetinin (Türkiyə) ədəbiyyat fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsində (bakalavriat),

2002 – 2005-ci illərdə ildə Səlcuq Universitetinin (Türkiyə) Sosial Elmlər İnstitutunun ərəb dili və ədəbiyyatı bölməsində (magistratura) təhsil alıb.

Elmi fəaliyyəti

2007-ci ildə Mərmərə Universitetinin Sosial Elmlər İnstitutunun təfsir bölməsinin doktoranturasına daxil olub.

2017-ci ildə dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

7 elmi məqaləsi və 5 kitabı çap olunub.

Kitabları

  1. Qurani-Kərim və Sözbəsöz Tərcüməsi İpəkyolu nəşriyyatı, Bakı 2012, 620 səhifə.
  2. Qurani-Kərim və Məalı İpəkyolu nəşriyyatı, Bakı 2020, 615 səhifə.
  3. Qurani-Kərimin qəlbi Yasin surəsinin təfsiri, İpəkyolu nəşriyyatı, Bakı 2021, 64 səhifə.
  4. Quranda möminlərin xüsusiyyətləri İpəkyolu nəşriyyatı, Bakı 2019 142 səhifə Anar Qurbanov, Səfa Muradov, Laçın Quliyev.
  5. Meşhur müfessirler ve örnek metinler I Grafiker yayınları, Ankara 2019, 147 səhifə. Mürsel Ethem, Ramazan Ünsal, Yusuf Topyay, Mehmet Akın.

Əmək fəaliyyəti

2002 – 2006-cı illərdə Şəki Pedaqoji Texnikumunda ərəb dili fənni üzrə müəllim,

2014 – 2020-ci illərdə Bakı İslam Universitetində təfsir və ərəb dili fənləri üzrə müəllim işləyib.

2020-ci ilin sentyabr ayından Zaqatala İslam Kollecində baş müəllim vəzifəsində çalışır.

25.01.2021-ci il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisidir.

Ailəsi

Evlidir, üç övladı var.

Ədəbiyyat

  1. Sultanov Ələddin Osman : [arx. 12 Sep 2018 - 21 Mar 2023] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 05.11.2023.