Ələddin Sultanov
Ələddin Sultanov | |
---|---|
Sultanov Ələddin Osman oğlu | |
Ələddin Sultanov (22 may 2017). | |
Doğum tarixi | 1 sentyabr 1981 |
Doğum yeri | Şorsu, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | fəlsəfə, ərəb ədəbiyyatı, dinşünas |
Elmi dərəcəsi | fəlsəfə üzrə fəlsəfə doktoru |
Təhsili |
• Səlcuq Universiteti (Türkiyə), fən-ədəbiyyat fakültəsi, ərəb dili və ədəbiyyatı bölməsi, bakalavriat (2000–2002) • İstanbul Universiteti (Türkiyə), ədəbiyyat fakültəsi, ərəb dili və ədəbiyyatı bölməsi, bakalavriat (2000–2002) • Səlcuq Universiteti (Türkiyə) Sosial Elmlər İnstitutu, ərəb dili və ədəbiyyatı bölməsi, magistratura (2002–2005) |
Ələddin Sultanov — ərəbşünas, dinşünas, fəlsəfə üzrə fəlsəfə doktoru, Zaqatala İslam Kollecinin baş müəllimi və AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisi.
Haqqında məlumatlar
1 sentyabr 1981-ci il tarixdə Şəki rayonunun Şorsu kəndində anadan olub.
Təhsili
1988 – 1997-ci illərdə Şorsu kənd tam orta məktəbində,
1997 – 1998-ci illərdə Şin kənd tam orta məktəbində,
1998 – 2000-ci illərdə Səlcuq Universitetinin (Türkiyə) fən-ədəbiyyat fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsində (bakalavriat),
2000 – 2002-ci illərdə İstanbul Universitetinin (Türkiyə) ədəbiyyat fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsində (bakalavriat),
2002 – 2005-ci illərdə ildə Səlcuq Universitetinin (Türkiyə) Sosial Elmlər İnstitutunun ərəb dili və ədəbiyyatı bölməsində (magistratura) təhsil alıb.
Elmi fəaliyyəti
2007-ci ildə Mərmərə Universitetinin Sosial Elmlər İnstitutunun təfsir bölməsinin doktoranturasına daxil olub.
2017-ci ildə dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
7 elmi məqaləsi və 5 kitabı çap olunub.
Kitabları
- Qurani-Kərim və Sözbəsöz Tərcüməsi, “İpəkyolu” nəşriyyatı, Bakı 2012.
- Qurani-Kərim və Məalı, “İpəkyolu” nəşriyyatı, Bakı 2020.
- Quranda möminlərin xüsusiyyətləri (həmmüəllif), “İpəkyolu” nəşriyyatı, Bakı 2019.
- Qurani-Kərimin qəlbi Yasin surəsinin təfsiri, “İpəkyolu” nəşriyyatı, Bakı 2021.
- Haqqa dəvət (Yeddi surənin təfsiri) (həmmüəllif), “İpəkyolu” Nəşriyyatı, Bakı 2021.
- Dünya nasıl yaratıldı?, “Erkam” nəşriyyatı, İstanbul 2023.
Əmək fəaliyyəti
2002 – 2006-cı illərdə Şəki Pedaqoji Texnikumunda ərəb dili fənni üzrə müəllim,
2014 – 2020-ci illərdə Bakı İslam Universitetində təfsir və ərəb dili fənləri üzrə müəllim işləyib.
2020-ci ilin sentyabr ayından Zaqatala İslam Kollecində baş müəllim vəzifəsində çalışır.
25.01.2021-ci il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisidir.
Ailəsi
Evlidir, üç övladı var.
Ədəbiyyat
- Sultanov Ələddin Osman : [arx. 12 Sep 2018 - 21 Mar 2023] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 05.11.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- AMEA Şəki Regional Elmi Mərkəzinin işçiləri
- 1 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 1981-ci ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr