Qorxmaz Bəkirov
Qorxmaz Bəkirov | |
---|---|
Bəkirov Qorxmaz Mürsəl oğlu | |
Qorxmaz Bəkirov | |
Qorxmaz Bəkirov, 1990-cı il. | |
Anadan olub | 25 noyabr 1940 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 2 dekabr 1998 (58 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Uşağı | Bəkirov Əflatun (1974–2022) |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Bakı Energetika Texnikumu • Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu |
Qorxmaz Bəkirov (1940–1998) — sovet dövrünün son onilliklərində Şəkidə tanınmış nəqliyyat işçisi və rəhbər kadr olmuş şəxs. Şəki 2717 nömrəli avtomobil dəstəsinin rəisi, Şəki Şəhər Soveti sədrinin müavini və s. vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar
25 noyabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Yeddiillik təhsildən sonra əvvəl Bakı Energetika Texnikumunda, daha sonra isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1967-ci ildə Zaqqtala rayon rabitə qovşağında texnik vəzifəsində əmək fəaliyyətinə başlayıb. Sonra Şəki 6 nömrəli istismar rabitə qovşağında əvvəl mühəndis, daha sonra sahə rəisi vəzifələrində çalışıb.
1972-ci ildən “Azərkəndtexnika” birliyi Şəki şöbəsi müdirinin müavini,
1978 – 1991-ci illərdə Şəki 2717 nömrəli avtomobil dəstəsinin rəisi,
1991-ci ildə 5 ay Şəki Şəhər Soveti sədrinin müavini vəzifəsində çalışıb.
İctimai-siyasi aktivliyi
1970-ci ildən Sov.İKP-nin üzvü olub.
1990-cı ildə Şəki Şəhər Sovetinə deputat seçilib.
1990-cı ildə 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir[qeyd 1].
Pedaqoji fəaliyyəti
1977 – 1978-ci illərdə Şəki şəhər 1 №-li orta məktəbində elektrotexnika fənnindən dərs deyib.
Vəfatı
2 dekabr 1998-ci il tarixdə – 58 yaşında, Şəkidə vəfat edib.
Qeydlər
- ↑ 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsində bir deputat yerinə üç namizəd səsə qoyulmuş və onlardan heç biri seçilməmişdir. Dairə seçki komissiyası dairədə daha çox – 40,5 faiz səs toplamış Şəki İstehsal İpək Birliyinin baş direktoru Çingiz Yunus oğlu Əfəndiyev və 21,1 faiz səs toplamış Şəki şəhər 17 nömrəli məktəbin müəllimi Paşa Şaban oğlu Paşayev üzrə 1990-cı il oktyabrın 14-də təkrar səsvermə keçirmək haqqında qərar qəbul etmişdir. Təkrar səsvermədə Çingiz Əfəndiyev Azərbaycan SSR xalq deputatı seçilmişdir.
Ədəbiyyat
- Qorxmaz Mürsəl oğlu Bəkirov (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25–26 (1959–1960). — Səh. 2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1940-cı ildə doğulanlar
- 25 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 2 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1998-ci ildə vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə