Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Musa İslamov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:10, 2 yanvar 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Musa İslamov
Musa İsa oğlu İslamov
Musa İslamov.png
Musa İslamov.
Doğum tarixi 1924(1924-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Baş Göynük, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 3 yanvar 1999(1999-01-03) (75 yaşındı)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1944–1949)

 • Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu, aspirantura (1954–)

Musa İslamov (1924–1999) — filologiya elmləri doktoru, professor, Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1924-cu ildə Nuxa qəzasının Baş Göynük kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Baş Göynük kənd orta məktəbini bitirib.

1944 – 1949-cu illərdə ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

1954-cü ildə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspiranturasına qəbul olunub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Otuz ildən artıq müddətdə Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dialektologiyası şöbəsinin müdiri olub.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1961-ci ildə “Nuxa dialekti” mövzusunda namizədlik,

1973-cü ildə isə “Türk dillərində əvəzliklər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

100-dən çox elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 9 nəfər namizədlik, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə edib.

Redaktorluğu və iştirakı ilə “Azərbaycan dilinin dialektoloji atlası” və ikicildlik “Azərbaycan dilinin dialektoloji lüğəti” hazırlanıb çapa verilib. Sovet dövründə hazırlanan “SSRİ-dəki türk dillərinin dialektoloji atlası”nın Azərbaycan üzrə icraçısı və Qafqaz zonası üzrə rəhbəri olub.

Elmi-ictimai aktivliyi[redaktə | HTML redaktə]

Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi nəzdində Elmi-Metodik Şuranın,

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvü olub.

Vəfatı[redaktə | HTML redaktə]

3 yanvar 1999-cu il tarixdə – 75 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. İslamov Musa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 281. — 1.000 nüsx.
  2. Mete Ə. Görkəmli dilçi alim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 199-201. — 500 nüsx.