Rəcəb Abdurahmanov
Rəcəb Abdurahmanov | |
---|---|
Abdurahmanov Rəcəb Çələbi oğlu | |
Rəcəb Abdurahmanov. | |
Anadan olub | 25 yanvar 1952 |
Anadan olduğu yer | Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 17 sentyabr 2023 (71 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Vəfat səbəbi | koronovirus pandemiyası |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Bakı Radio-elektrotexnika texnikumu, televiziya texnikası və radio-rele rabitəsi ixtisası (1970–1975) • M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsi (1975–) |
Rəcəb Abdurahmanov (1952–2021) — radio-televiziya yayımları sahəsində tanınmış mütəxəssis. Müxtəlif illərdə Bakı şəhərindəki Teleqüllə Kompleksinə və Teleradio İstehsalat Birliyinə rəhbərlik edib.
Haqqında məlumatlar
25 yanvar 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.
Təhsili
1970 – 1975-ci illərdə Bakı Radio-elektrotexnika texnikumunda televiziya texnikası və radio-rele rabitəsi ixtisası üzrə təhsil alıb.
1975-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olub.
Əmək fəaliyyəti
1976 – 1997-ci illərdə Teleradio İstehsalat Birliyinin müxtəlif sex və sahələrində mühəndis-texniki vəzifələrdə çalışıb.
1997 – 2001-ci illərdə Bakı şəhərindəki Teleqüllə Kompleksinə,
2001 – 2004-cü illərdə isə Teleradio İstehsalat Birliyinə rəhbərlik edib.
2004-cü ildən Radio Televiziya Yayımı İstehsalat Birliyinin filialında rəis müavini olaraq əmək fəaliyyətini davam etdirib.
Vəfatı
17 sentyabr 2021-ci il tarixdə – 71 yaşında, koronovirus səbəbi ilə Bakıda vəfat edib.
Vəfatı
Ailəli idi, 4 övladı var.
Ədəbiyyat
- Teleradio İstehsalat birliyinin sabiq baş direktoru dünyasını dəyişib : [arx. 21 Sep 2021 - 6 Jul 2022] // Yeniavaz.com. — 2021. — 20 sentyabr. — Müraciət tarixi: 29.05.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |