Baxşəli Axundov
Baxşəli Axundov | |
---|---|
Axundov Baxşəli Kazım oğlu | |
Baxşəli Axundov, 1976-cı il | |
Digər adı | Baxşəli əfəndi |
Anadan olub | 1898 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1985 |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Baxşəli Axundov (Axundov Baxşəli Kazım oğlu; d. 1898-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1985-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – Şəkidə diyarşünaslıq muzeyinin, teatrın, musiqi texnikumunun, uşaq musiqi məktəblərinin yaradılmasında çox böyük rolu olmuş ziyalı. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “canlı ensiklopediya” adlandırılırdı.
Haqqında məlumatlar
1895-ci ildə Nuxada anadan olub.
Parisdə (Fransa) tibb təhsili alarkən, ailəsinin xahişi ilə Nuxaya qayıtmış, bundan sonra Parisə geri dönə və təhsilini tamamlaya bilməmişdir. Əvəzində Tehrana (İran) − orada yaşayan qardaşının yanına getmiş, bir müddət İranda müəllimlik etmiş, sonra Nuxaya qayıtmış, qəza firqə komitəsinin katibi, qəza maarif şöbəsinin müdiri, musiqi texnikumunun direktoru vəzifələrində işləmişdir.
Dövrü-mətbuatda müntəzəm olaraq publisistik məqalələrə çıxış etmiş, xalqın maariflənməsinə çaşışmışdır.
Ailəsi
Şəki teatrında ilk dəfə səhnəyə çıxan üç qadından biri olan Anabəyimlə evlənib. Hesab edirdi ki, səhnəyə çıxan qızlardan birini o alarsa, o birilərini də alan olar və evdə qalmazlar.
Ədəbiyyat
- Orsər R. 182 // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: Baxşəli əfəndi. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.