Azər Mustafazadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 21:13, 31 yanvar 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Azər Mustafazadə
Mustafazadə Azər Abdulla oğlu
Azər Mustafazadə
Azər Mustafazadə, 2015-ci il.
Anadan olub 27 mart 1939(1939-03-27)
Anadan olduğu yer Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat edib 31 yanvar 2023 (83 yaşında)
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Təhsili M.Qorki adına Ədəbiyyat İnstitutu(ru) (Moskva)
Fəaliyyəti Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in direktoru
Fəaliyyət illəri 1990-cı ildən
Mükafatları
“Şöhrət” ordeni (Azərbaycan)II dərəcəli "Əmək" ordeni

Azər Mustafazadə (1939–2023) — ədəbiyyatşünas və ədəbi tərcüməçi, RSFSR Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in sabiq direktoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

27 mart 1939-cu il tarixdə Bakıda anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1964-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat institutunun tərcümə şöbəsini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1964 – 1969-cu illərdə “Literaturnı Azerbaydjan” jurnalında ədəbi işçi, şöbə müdiri, məsul katib,

1969 – 1971-ci illərdə “Literaturnaya qazeta”nın Azərbaycan SSR üzrə xüsusi müxbiri,

1971 – 1972-ci illərdə Asiya və Afrika yazıçıları ilə əlaqə üzrə respublika komitəsinin məsul katibi,

1972 – 1983-cü illərdə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin Azərbaycan ədəbiyyatı üzrə şurası sədrinin müavini,

1983 – 1985-ci illərdə Azərbaycan SSR Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsi sədrinin müavini,

1987 – 1988-ci illərdə Azərbaycan KP MK mədəniyyət şöbəsinin müdiri,

1988 – 1990-ci illərdə Azərbaycan KP MK Şəki şəhər komitəsinin birinci katibi vəzifəsində çalışıb.

1990 – 2021-ci illərdə “Azərnəşr”in direktoru olub.

Yaradıcı fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1961-ci ildən mətbuatda bədii tərcümələrlə və müasir ədəbi proseslə əlaqədar publisistik və tənqidi məqalələrlə çıxış edir.

1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

M.Cəfərin “Cəlil Məmmədquluzadə” (1966), F.Kərimzadənin “Qarlı aşırım” (1971), S.Əhmədovun “Yamacda nişanə” (1976), M.İbrahimovun “Mənim həyatımın kitabı” (1979 və 1981) kitablarını Moskvada işlədiyi illərdə (1971–1983) azərbaycan dilindən rus dilinə tərcümə edərək çap etdirib.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

31 yanvar 2023-cü il tarixdə – 83 yaşında, Bakıda vəfat edib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Azər Abdulla oğlu Mustafazadə (azərb.) // “İpəkçi” : qəzet. — Şəki, 8 dekabr 1988. — № 31 – 32 (1596). — Səh. 1.
  2. Orsər R. Azər Mustafazadə // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 427-428. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  3. Rəsmiyyə Rzalı (30 mart 2009). "Bizim Azər müəllim". anl.az (azərb.). 5 Mar 2016 tarixində arxivləşdirilib.