Aydın Abbaslı

Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 17:36, 19 may 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Aydın Abbaslı — tanınmış seysmoloq, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şəki Seysmik Stansiyasının müdiri.

Aydın Abbaslı
Abbasli Aydın Qurban oğlu
Aydın Abbaslı
Aydın Abbaslı.
Doğum tarixi 11 may 1954 (1954-05-11) (70 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şəki Seysmik Stansiyası (müdir)
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, geoloji kəşfiyyat fakültəsi, dağ mühəndisi-geofizik ixtisası (1973 – 1978)
İxtisası dağ mühəndisi-geofizik

Haqqında məlumatlar

11 may 1954-cü il tarixdə Nuxada (indiki Şəki) pedaqoq ailəsində anadan olub.

Təhsili

1971-ci ildə Şəki şəhər Nizami adına 7 №-li orta məktəbini bitirib.

1972 – 1973-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun hazırlıq fakültəsində,

1973 – 1978-ci illərdə isə həmin institutun geoloji kəşfiyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1969 – 1970-ci illərdə orta məktəbdə oxumaqla bərabər Gənc Texniklər Stansiyasında aviamodel dərnəyinin rəhbəri,

1971 – 1972-ci illərdə Şəki İpək Kombinatında fəhlə,

1978-ci ilin oktyabr – dekabr aylarında Azərbaycan SSR Elmlər Akademiyası Geologiya İnstitutunun ‘’Geofizika’’ Elmi Mərkəzinin qravimetriya laboratoriyasında mühəndis,

1979-cu il yanvar ayının 1-dən 2005-ci ilin may ayının sonunadək Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Şəki Seysmik Stansiyasında əvvəl mühəndis, sonra geofizik, daha sonra müdir müavini vəzifəsində,

1993-cü ildə 1 ay Şəki şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifə çalışıb.

2005-ci ilin iyun ayindan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şəki Seysmik Stansiyasının müdiridir.

Ailəsi

Məşhur tarzən Əhmədbəy Tahirovun nəvəsi, hüquq elmləri üzrə fəlsəfə doktoru və baş ədliyyə müşaviri İlham Abbasovun kiçik qardaşıdır.

Evlidir. İki oğlu, dörd nəvəsi var.