Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Cahangir Nəbiyev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:34, 4 iyun 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Cahangir Nəbiyev
Nəbiyev Cahangir Şükür oğlu
Cahangir Nəbiyev
Cahangir Nəbiyev.
Digər adları Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Doğum tarixi 15 may 1960 (1960-05-15) (64 yaş)
Həyat yoldaşı Nəbiyeva (Matveyeva) İrina Viktorovna
Uşaqları Şərifova Oksana və Nəbiyev Tural
Atası Nəbiyev Şükür Səlim oğlu
Anası Nəbiyeva Laləzər Yaqub qızı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Mühəndis İnşaat İnstitutu (1972–1982)
Adının digər versiyaları Cahangir Nebiyev, Cahangir Nabiyev, Джахнгир Небиев, Джахнгир Набиев, Ҹаһанҝир Нәбијев
facebook səhifəsi

Cahangir Nəbiyev — tanınmış tikinti mühəndisi, Şəki Şəhər İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin baş məsləhətçi, Şəki şəhər icra hakimiyyəti başçısının sabiq müavini və sabiq birinci müavini. Keçmiş komsomol təşkilatı və sovet işçisidir və vaxtilə, Azərbaycan LKGİ Şəki şəhər komitəsinin ikinci katibi olub.

Haqqında məlumatlar

15 may 1960-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1972 – 1982-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil alıb.

Hərbi xidməti

1982 – 1984-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1982-ci ilin ikinci yarısında Azərbaycan Sənaye Tikinti Nazirliyi Şəki Tikinti İdarəsində usta,

1984-cü ilin ikinci yarısında bir neçə ay Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Yol-istismar İdarəsində fəhlə,

1984 – 1986-cı illərdə Şəki şəhər 43 №-li texniki peşə məktəbində komsomol təşkilatı rəhbəri,

1986-cı ildə Azərbaycan LKGİ Şəki şəhər komitəsinin komsomol təşkilatı şöbəsində təlimatçı,

1986 – 1988-ci illərdə Azərbaycan LKGİ Şəki şəhər komitəsinin ikinci katibi,

1988 – 1991-ci illərdə Şəki Şəhər Xalq Nəzarəti Komitəsində inspektor,

1991-ci ildə Şəki şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsində texniki nəzarətçi,

1992-ci ildə Şəki şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin təşkilati iş və daimi komissiyalar şöbəsində təlimatçı,

1993-cü ildə 1 ay Şəki şəhər İcra hakimiyyəti başçısının birinci müavini,

1993 – 1998-ci illərdə Şəki şəhər İcra hakimiyyəti başçısının müavini,

2009 – 2017-ci illərdə fərdi əmək fəaliyyəti,

2017 – 2022-ci illərdə “Memar-İnşaat-Dizayn” MMC-də smeta mühəndisi vəzifəsində çalışıb.

2022-ci ildən Şəki Şəhər İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsində baş məsləhətçidir.

İctimai-siyasi aktivliyi

1990-ci ildə Şəki şəhər 69 №-li seçki dairəsindən 87 səs lehinə, 17 əleyhinə olmaqla Şəki Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib.

1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

Ailəlidir, bir oğlu və bir qızı var.