Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Hüseyn Qarayev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:54, 12 iyun 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Hüseyn Qarayev
Qarayev Hüseyn Hacı İshaq əfəndi oğlu
Hüseyn Qarayev
Hüseyn Qarayev.
İlk adı Hüseyn Əfəndizadə
Təxəllüsü Hüseyn Kişli
Doğum tarixi 1884(1884-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Kiş, Nuxa qəzası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı fevral 1944(1944-02-00) (60 yaşında)
Vəfat yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Kiş kənd qəbiristanlığı
Təhsili Azərbaycan Pedaqoji İnstitutu

Hüseyn Qarayev (1884–1944) — sovet dövrünün ilk onilliklərində Nuxanın tanınmış ziyalılarından biri olmuş şəxs. Pedaqoji sahə ilə yanaşı ədəbi-bədii fəaliyyətlə də məşğul idi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1884-cü ildə Nuxa qəzasının Kiş kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Hüseyn Qarayev (mərkəzdə), 1913-cü il.

İlk təhsilini atası Hacı İshaq Əfəndidən alıb. Sonra təhsilini İstanbulda davam etdirib. Daha sonra isə Azərbaycan Pedaqoji İnstitutunu bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Hüseyn Qarayev, 1930-cu illər.

1930-cu illərdə Nuxada fəaliyyətə başlamış Sənaye Texnikumunun, sonralar isə Nuxa 5 №-li məktəbin direktoru olub. Müxtəlif illərdə Nuxa Pedaqoji Texnikumunda dərs deyib.

Ədəbi-bədii yaradıcılığı[redaktə | HTML redaktə]

Hekayələr, dini-ruhani risalələr, seirlər yazıb və dövri-mətbuatda çap etdirib. 4 şeiri isə 2018-ci ildə Ramiz OrsərinŞəkidən gələn səslər” toplusunda çap olunub.

Vəfatı[redaktə | HTML redaktə]

1944-cü ilin fevral ayında – 60 yaşında vəfat edib. Kiş kənd qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Orsər R. Hüseyn Kişli // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 159-162. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.