Taleh Xəlilov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 16:08, 31 iyul 2024 tarixli redaktə
Taleh Xəlilov
Xəlilov Taleh Rahim oğlu
Taleh Xəlilov
Taleh Xəlilov.
Şəxsi məlumatlar
Doğum tarixi 29 noyabr 1992 (1992-11-29) (32 yaş)
Doğum yeri Şəki, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Həyat yoldaşı Xəlilova Ülfət Məzahir qızı
Uşağı Davud
Atası Rahim Nurəddin oğlu
Anası Mətanət Cumay qızı

Musiqi aləti qarmon
Təhsili Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin qarmon sinfi (2007–2011)

Taleh Xəlilov — tanınmış qarmon ifaçısı və musiqiçi pedaqoq, Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbinin qarmon ixtisası üzrə müəllimi.

Haqqında məlumatlar

29 noyabr 1992-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1998 – 2007-ci illərdə Şəki şəhər 20 saylı tam orta məktəbində,

2002 – 2007-ci illərdə Şəki şəhər 4 nömrəli uşaq musiqi məktəbinin qarmon sinfində,

2007 – 2011-ci illərdə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin qarmon sinfində təhsil alıb.

Əmək fəaliyyəti

2011-ci ildən Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllimdir.

Musiqiçi fəaliyyəti

2011 – 2013-cü illərdə M.F.Axundzadə adlına Şəki Mədəniyyət Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Səməd Vurğun adına mədəniyyət evinin instrumental ansamblının üzvü olub. Sonra “Marxal” və “Şərq” musiqi qruplarının tərkibində çıxış edib. Hal-hazırda “Xan” instrumental qrupunda fəaliyyət göstərir.

16 fevral 2016-cı il tarixdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında təşkil edilmiş “Azərbaycan musiqisində klassik və müasir qarmon ifaçılığı” adlı tədbirin təşkilatçılarından biri olub bu konsertdə Zakir Mirzənin iti sürətli “Bəxtəvəri” rəqs melodiyasını ifa edib.

Ədəbiyyat

  1. Qarmon ixtisası üzrə daha bir uğurlu müəllim : [arx. 31 Jul 2024 - 31 Jul 2024] // Hürriyyət. — 2024. — 29 iyul. — Müraciət tarixi: 31.07.2024.

Bildiriş

Bildiriş