Rəhim Mədətov
Rəhim Mədətov | |
---|---|
Mədətov Rəhim Səlim oğlu | |
Rəhim Mədətov. | |
Doğum tarixi | 5 sentyabr 1949 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika-riyaziyyat |
İş yeri | AMEA Radiasiya Problemləri İnstitutu, yarımkeçiricilərin radiasiya fizikası laboratoriyası (müdir) |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1966–1971) |
facebook səhifəsi |
Rəhim Mədətov — fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Aviasiya Akademiyanın fizika kafedrasının professoru, AMEA Radiasiya Problemləri İnstitutunun yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
5 sentyabr 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1956 – 1966-cı illərdə Nuxa şəhər 2 №-li orta məktəbində,
1966 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1971 – 1973-cü illərdə Dəvəçi rayonunda orta məktəbin fizika müəllimi vəzifəsində çalışıb.
1973-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib; o cümlədən,
1977-ci ildən radiasiya tədqiqatları sektorunda kiçik elmi işçi,
1983-cü ildən baş elmi işçi,
1992-ci ildən isə baş elmi işçi olub.
1994-cü ildən AMEA Radiasiya Problemləri İnstitutunun yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiridir.
Azərbaycan Milli Aviasiya Akademiyasının fizika kafedrasında professor vəzifəsində çalışır.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1980-cı ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış fotodiodların fotoelektrik xassələri” mövzusunda namizədlik dissertasiyasını,
1991-ci ildə isə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış p-n keçidlərdə fotovoltaik və radiasiya effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 120, xaricdə çıxmış elmi əsərlərin sayı 72, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmuş məqalələrin sayı 45, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 17-dir. 10 fəlsəfə doktorunun, 9 elmlər doktorunun elmi rəhbəri olub.
Digər fəaliyyəti[redaktə | HTML redaktə]
AMEA Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının və Həmkarlar Təşkilatının İdarə Heyətinin, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komitəsinin Ekspert Şurasının üzvüdür.
2004 – 2008-ci illər ərzində Naxçıvan və Bakı türk liseyləri şagirdlərinin Beynəlxalq Ekoloji Elmi Layihə olimpiadalarına hazırlamış və onlar Bosniyada-2 qızıl (2006), İstanbulda-1 bürünc (2006), Bosniyada-1 gümüş (2005) və Braziliyada-1 bürünc (2005) medallara layiq görülmüşlər.
2012-ci ildə fizika, 2017-ci ildə isə radiasiya materialşünaslığı ixtisası üzrə AMEA-nın müxbir üzvlüyünə namizədliyini irəli sürmüş, lakin seçilməmişdir.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
AMEA-nın fəxri fərmanı (2 dəfə).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Mədətov Rəhim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 364-365. — 1.000 nüsx.
- "Radiasiya Problemləri İnstitutunun elmlər doktorları: Mədətov Rəhim Səlim oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 2 Jun 2017 – 20 Sep 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |