Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Nargilə Qafarova

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}} {{Şəxs |Adı = Nar...' ilə yarat) tərəfindən edilmiş 14:48, 8 sentyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Nargilə Qafarova
Qafarova Nargilə Məmmədiyar qızı
Nargilə Qafarova
Nargilə Qafarova
Digər adı Nargilə Rəhman
Anadan olub 6 avqust 1963 (1963-08-06) (61 yaş)
Anadan olduğu yer Aydınqışlaq, Qutqaşen (indiki Qəbələ) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Bakı Mədəni-Maarif məktəbi (1980–1982)

 • A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, mədəni-maarif fakültəsi (1983–1987)
Adının digər versiyaları Nargilə Qafarova, Nargile Qafarova, Наргиле Гафарова, Наргила Гафарова, Наргиля Гафарова, Нарҝилә Гафарова

Nargilə Qafarova — Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri iş sektorunun baş məsləhətçisi (Qəbələ rayonu üzrə nümayəndə) və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən şəxs.

Haqqında məlumatlar

6 avqust 1963-cü il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Aydınqışlaq kəndində anadan olub.

Təhsili

1970 – 1980-ci illərdə Qutqaşen rayon Aydınqışlaq kənd orta məktəbində,

1980 – 1982-ci illərdə Bakı Mədəni-Maarif məktəbində,

1983 – 1987-ci illərdə isə A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1982 – 1983-cü illərdə Qutqaşen rayon Zarağan kənd klubunda bədii rəhbər,

1987 – 1989-cu illərdə Qutqaşen rayon Mədəniyyət evində bədii rəhbər,

1989-1992-ci illərdə Qəbələ/Qutqaşen rayon Gənclər İttifaqında katib,

1992 – 2000-ci illərdə Qəbələ rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə,

2000 – 2003-cü illərdə Qəbələ rayon Böyük Pirəlli kənd inzibati ərazi üzrə nümayəndəliyində müavin,

2003 – 2004-cü illərdə Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor,

2004 – 2016-cı illərdə Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri,

2017-ci ildən İsmayıllı Regional Mədəniyyət İdarəsində (daha sonra ) Qəbələ rayonu üzrə Baş məsləhətçi vəzifəsində çalışıb.

3 iyul 2023-cü il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri iş sektorunun baş məsləhətçisi (Qəbələ rayonu üzrə nümayəndə) və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifələrini icra edən şəxsdir.

Ailəsi

Ailəlidir, iki övladı var.

Digər

Nargilə Rəhman imzası ilə şeir və hekayələr yazır. 2022-ci ildə “Aliyə” adlı avtobioqrafik romanı çap olunub.

Ədəbiyyat

  1. Şəki Regional Mədəniyyət İdarəsinin yeni rəis əvəzi kimdir? : [arx. 08.09.2024] // Bizim.media. — 2023. — 6 iyul. — Müraciət tarixi: 08.09.2024.
  2. Struktur və əməkdaşlar : Qafarova Nargilə Məmmədiyar qızı : [arx. 08.09.2024] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi. — Müraciət tarixi: 13.03.2022.