Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Zaur İlhamoğlu

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]Cəfərov ZaurKateqoriya:Şəkidən çıxmış şair və yazıçılarKat...' ilə yarat) tərəfindən edilmiş 00:40, 1 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Zaur İlhamoğlu
Cəfərov Zaur İlham oğlu
Zaur İlhamoğlu
Zaur İlhamoğlu (29.09.2024).
Doğum tarixi 3 avqust 1984(1984-08-03)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
İxtisasları ibtidai təhsilin pedaqogikası və metodikası; filologiya (azərbaycan dili və ədəbiyyatı)
Təhsili Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, bakalavriat (2001–2005)
facebook səhifəsi
youtube səhifəsi

Zaur İlhamoğlu — tanınmış şair və pedaqoq, Şəki şəhər M.Füzuli adına 3 №-li tam orta məktəbinin azərbaycan dili və ədəbiyyatı müəllimi.

Haqqında məlumatlar

3 avqust 1984-cü il tarixdə Şəkidə anadan olub.

Təhsili

2001-ci ildə Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü liseyini bitirib.

2001 – 2005-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında bakalavr pilləsi üzrə təhsil alıb.

Əmək fəaliyyəti

2007-ci ildən Şəki şəhər M.Füzuli adına 3 №-li tam orta məktəbində azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimdir.

Ədəbi-bədii yaradıcılığı

Erkən yaşlarından şeir yazmağa başlayıb. Şeirləri Azərrbaycan, İran, Türkiyə və Qırğızıstanın dövri-mətbuatında çap olunub, şeir antologiyalarında, ədəbiyyat saytlarında, eləcə də rusdilli məktəblər üçün hazırlanmış “Azərbaycan dili” dərsliklərində yer alıb.

2018-ci ildə “Bu həyat dediyin...” adlı şeirlər kitabı (Bakı, Mütərcim, 233 səh.) çap olunub.

2022-ci ildə Azərbaycan Yazıçılar Birliyinin,

2023-cü ildə Çukurova Türkiyə Ədəbi Dərnəyinin üzvüdür.

Ailəsi

Ailəlidir, iki övladı var.

Ədəbiyyat

  1. Orsər R. Zaur İlhamoğlu // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 818-821. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.