Faiq Ələsgərov
Faiq Ələsgərov | |
---|---|
Ələsgərov Faiq Səttar oğlu | |
Faiq Ələsgərov, 2014-cü il. | |
Ölkə | Azərbaycan |
Doğum tarixi | 30 aprel 1985 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
FİDE reytinqi | 2400-dən az (aprel 2022) |
Atası | Səttar Ələsgərli |
Təhsili |
• Azərbaycan Dillər Universiteti, bakalavriat (2002–2006) • “Xəzər” Universiteti, magistratura (2006–2008) • Texas Texnologiya Universiteti, magistratura (2011–2015) |
Adının digər versiyaları | Faik Ələsgərov, Faiq Alaskarov, Faik Elesgerov, Faiq Eleskerov, Faik Eleskerov, Фаик Элескеров, Фаиг Әләсҝәров, Фаиг Әләскәров, Фаик Әләскәров |
Faiq Ələsgərov — şahmat üzrə gənclər arasında keçirilmiş 1994-сu il dünya çempionatının və 2000-ci il ümumdünya olimpiadasının bürünc mükafatçısı, beynəlxalq dərəcəli usta, San-Hose şəhərində (Kaliforniya, ABŞ) fəaliyyət göstərən Şahmat Akademiyasının təsisçisi və prezidenti.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
30 aprel 1985-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1992 – 2002-ci illərdə Şəki şəhər 8 №-li beynəlmiləl tam orta məktəbdə,
2002 – 2006-cı illərdə Azərbaycan Dillər Universitetində (bakalavriat),
2006 – 2008-ci illərdə “Xəzər” Universitetində (magistratura),
2011 – 2015-ci illərdə ABŞ-ın Texas Texnologiya Universitetində (magistratura) təhsil alıb.
Şahmat fəaliyyəti[redaktə | HTML redaktə]
1991 – 2002-ci illərdə Şəki Uşaq Şahmat Məktəbinə gedib.
1994-cü ildə perspektivli şahmatçı kimi Faiq Moskvada keçirilən kişilər arasında dünya olimpiadasında qonaq qismində iştirak edib və bir necə tanınmış qrossmeysterlə yoldaşlıq oyunu keçirib. Bundan sonra dəfələrlə Azərbaycan, Avropa və Dünya çempionatlarında, müxtəlif beynəlxalq şahmat turnirlərində iştirak edib və bir neçə dəfə mükafata layiq yerləri tutub.
2018-ci ildə San-Hose şəhərində (Kaliforniya, ABŞ) Şahmat Akademiyası təsis edib və həmin vaxtdan, həmin akademiyanın prezidenti kimi fəaliyyət göstərir.
Faiq Ələsgərov ABŞ-da təsis etdiyi şahmat klubunun üzvləri və məşqçi qrosmeystr Zviad İzoriya birlikdə.
Uğurları[redaktə | HTML redaktə]
- Gənclər arasında Azərbaycan Çempionatı – 1-ci yer (1994, 1996, 1997);
- Gənclər arasında Dünya Çempionatı – bürünc medal (Seqed, Macarıstan, 1994);
- Şahmat üzrə Ümumdünya Gənclər Olimpiyadası – bürünc medal (Azərbaycan yığma komandasının tərkibində, 2000);
- “Baku International Open” turniri – 1-ci yer (2000);
- Şahmat üzrə Avropa Çempionatı (2400-dək reytinqi olan şahmatçılar arasında) – 1-ci yer (Türkiyə, 2004).
- “Aeroflot Open” turniri – “C” qrupunda 5-ci yer (Moskva, 2004);
- Metropoliten Chess Invitational – 1-ci yer (Los-Anceles, ABŞ, 2011);
- Şahmat üzrə Panamerika çempionatı – 1-ci yer (2013);
- Kaliforniya Klass Çempionatı – 1-ci yer (2013);
- Prezident Kuboku turniri – 3-cü yer (2014);
- Cənub-Qərb Universitet Çempionatı – 1-ci yer (2014).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- "Our Coaches". http://www.advancechess.com/ (English). ADVANCE CHESS LLC. 20 May 2021 tarixində arxivləşdirilib.
- "Teacher: Faik Aleskerov". https://www.rossinca.org/ (English). Rossinca Heritage School and its licensors. 8 Aug 2020 - 28 Oct 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |