Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Şəhla Əfəndiyeva

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 21:16, 19 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Şəhla Əfəndiyeva
Əfəndiyeva Şəhla Məmməd qızı
Şəhla Əfəndiyeva
Şəhla Əfəndiyeva.
Doğum tarixi 25 aprel 1942(1942-04-25)
Doğum yeri Kirovabad (indiki Gəncə), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 21 iyun 2013 (71 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi, kimyaçı və kimya müəllimi ixtisası (1959–1964)
Evladları Turan Murad və Urfan Murad
Atası Məmməd Əfəndiyev
Anası Nailə Babayeva
Mükafatları "Əmək veteranı" medalı — 1985

Şəhla Əfəndiyeva (1942–2013) — tanınmış kimyaçı alim, kimya elmləri namizədi, AMEA Kimya Problemləri İnstitutunun (indiki Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu) böyük elmi işçisi.

Haqqında məlumatlar

25 aprel 1942-ci il tarixdə Kirovabadda (indiki Gəncə) anadan olub.

Təhsili

1959-cu ildə Kirovabad şəhər 24 №-li orta məktəbini,

1964-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsi bitirib.

Əmək fəaliyyəti

1965-ci ildən Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə böyük elmi işçi vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1971-ci ildə Azərbaycan SSR QÜFKİ-nin Elmi Şurasında “Qələvi elektrolitlərdən qurğuşun 4-oksidin elektroçökdürülməsi və onun anod kimi bəzi yod birləşmələrinin elektrosintez proseslərində tətbiq edilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

50-a yaxın əsəri çap olunub.

Elmi əsərləri müxtəlif metalların elektrokimyəvi cilalanması, parlaq mis və sinkin çökdürülməsi və s. məsələlərə həsr edilib. Elmi nəticələri Leytenant Şmidt adına zavod, Radioquraşdırma zavodunda sənaye proseslərində tətbiq olunub.

Yaratdığı “Alovlanmayan qarışıq” maddəsinə görə lisenziya alıb. H.Əliyev adına Sarayın, Bakı Bələdiyyə Teatrının və Bakı Dövlət Sirkinin pərdələri həmin maddə ilə işlənib.

Təltif və mükafatları

Vəfatı

21 iyun 2013-cü il tarixdə – 71 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyeva Şəhla // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 179-180. — 1.000 nüsx.