Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Nazim Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:53, 26 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Nazim Mustafayev
Mustafayev Nazim Pirməmməd oğlu
Nazim Mustafayev
Nazim Mustafayev.
Doğum tarixi 9 aprel 1941 (1941-04-09) (83 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Aşqarlar Kimyası İnstitutu, Transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları laboratoriyasının müdiri
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Mükafatları "Əmək veteranı" medalı

Nazim Mustafayev — kimya elmləri doktoru, professor, AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları laboratoriyasının müdiri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

9 aprel 1941-сi il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1948 – 1958-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1958 – 1963-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində,

1963 – 1966-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1966-cı ildə Azərbaycan SSR EA Aşqarlar Kimyası İnstitutunun Transmissiya yağları üçün aşqarlar laboratoriyasında işləməyə başlayıb; əvvəl kiçik elmi işçi, sonra böyük mühəndis, daha sonra kiçik elmi işçi və nəhayət böyük elmi işçi vəzifələrində çalışmış, 1983-cü ildən isə laboratoriyanın müdiri olmuşdur.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1968-ci ildə “Ksantogenatlar, tiollar və arilxlorfosfitlər əsasında kükürd və fosforsaxlayan birləşmələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi” mövzusu üzrə namizədlik,

1991-ci ildə isə “Tiokarbon turşuları törəmələri əsasında sürtkü yağlarına effektli yeyilmə və siyirilməyə qarşı aşqarların işlənilməsinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

1992-ci ildə professor elmi adını alıb.

208 elmi əsərin, o cümlədən 100 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Əsərlərindən 90-nı çap olunmuşdur. 18 elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub.

Təltif və mükafatlar[redaktə | HTML redaktə]

Mənbələr[redaktə | HTML redaktə]

  1. Aşqarlar Kimyası İnstitutunun elmlər doktorları : Mustafayev Nazim Pirməmməd oğlu : [arx. =16 Jan 2017 - 20 Sep 2020] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 09.04.2023.
  2. Məmmədov Ə., Xalıqov F. Mustafayev Nazim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 434-435. — 1.000 nüsx.