Asim Abdullayev
Asim Abdullayev | |
---|---|
Abdullayev Asim Sədri oğlu | |
Asim Abdullayev. | |
Doğum tarixi | 10 aprel 1958 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutu (laboratoriya rəhbəri) |
Elmi dərəcəsi | kimya elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu |
Elmi rəhbəri | professor A.A.Pasınski |
Asim Abdullayev — kimya elmləri namizədi, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
10 aprel 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1975-ci ildə Bakı şəhər 5 №-li kimya-biologiya təmayüllü internat məktəbi bitirib.
1975 – 1979-cu illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda,
1981 və 1983 – 1984-cü illərdə Azərbaycan SSR EA Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturasında təhsil alıb.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
1981 – 1983-cü illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1979 – 1981-ci illərdə Zaqatala rayonunun Aşağı Çardaxlar kənd orta məktəbində kimya müəllimi,
1990 – 2003-cü illərdə Azərbaycan SSR EA/AMEA Botanika İnstitutunun radiobiologiya və radiologiya şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb.
2003-сü ildən AMEA Radiasiya Problemləri İnstitutunda laboratoriya rəhbəridir.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1987-ci ildə “Tərkibində dəmir və kükürd olan heterometallik klasterlərin sintezi və quruluşunun tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 82, o cümlədən, onlardan xaricdə çap olunanların sayı 50 və beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunanların sayı isə 10-dur.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Abdullayev Asim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 21-22. — 1.000 nüsx.
- Radiasiya Problemləri İnstitutunun fəlsəfə doktorları : Abdullayev Asim Səbri oğlu : [arx. 17.05.2022] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 17.05.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |