Mais Əmrahov
Mais Əmrahov | |
---|---|
Əmrahov Mais İsrail oğlu | |
Mais Əmrahov, Space TV-nin “Səhər” verilişində çıxış edərkən (15.06.2022). | |
Doğum tarixi | 2 may 1948 |
Doğum yeri | Cəfərabad, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | A.A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan mədəniyyəti tarixi şöbəsi (müdir) |
Elmi dərəcəsi | tarix üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, tarix fakültəsi (–1970) |
Adının digər versiyaları | Mayis Əmrahov, Mayıs Əmrahov, Mayis Emrahov, Mayıs Emrahov, Mais Emrahov, Mayis Amrahov, Mayıs Amrahov, Mais Amrahov, Маис Амрахов, Маис Эмрехов, Маис Эмрахов, Маис Әмраһов |
Mais Əmrahov — tarix üzrə elmlər doktoru, professor, A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan mədəniyyəti tarixi şöbəsinin müdiri.
Haqqında məlumatlar
2 may 1948-ci il tarixdə Nuxa rayonunun Cəfərabad kəndində anadan olub.
Təhsili
1970-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti
1970 – 1973-cü illərdə Şəki rayonunun Cəfərabad kənd məktəbində tarix müəllimi,
1973 – 1979-cu illərdə Göybulaq kənd məktəbində direktor,
1979 – 1989-cu illərdə Şəki Şəhər Partiya Komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri,
1989 – 1991-ci illərdə Şəki 43 saylı texniki peşə məktəbinin direktoru,
1992-ci ildə PKİA və YH Baş İnstitutunun Şəki filialında müəllim,
1992 – 1994-cü illərdə Şəki Şəhər Təhsil Şöbəsində metodist və inspektor,
1994 – 1998-ci illərdə Şəki Şəhər İcra hakimiyyətində baş məsləhətçi və şöbə müdiri,
1999-cu ildə PKİA və YH Baş İnstitutunda metodist və kabinet müdiri,
2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində böyük metodist,
2001 – 2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında kabinet müdiri,
2007 – 2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əlavə təhsil üzrə direktor müavini vəzifəsində çalışıb.
2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasında professor,
2019-cu ilin iyul ayından A.A. Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan mədəniyyəti tarixi şöbəsinin müdiri vəzifəsində çalışır.
Ailəsi
Ailəlidir, 3 övladı var.
Ədəbiyyat
- "ƏMRAHOV MAİS İSRAİL OĞLU". http://tarixinstitutu.az/ (azərb.). Tarix İnstitutu. (#archive_missing_date) tarixində arxivləşdirilib.
- Məmmədov Ə., Xalıqov F. Əmrahov Mais // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 116-117. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- 2 mayda doğulanlar
- Mayda doğulanlar
- 1948-ci ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə