İbrahim Məmmədov (pedaqoq)

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:41, 16 noyabr 2024 tarixli redaktə
İbrahim Məmmədov
Məmmədov İbrahim İsmayıl oğlu
İbrahim Məmmədov
İbrahim Məmmədov, 1951-ci il.
Anadan olub 25 noyabr 1918(1918-11-25)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Gəncə quberniyası, Azərbaycan Cümhuriyyəti
Vəfat edib 25 avqust 1953 (34 yaşında)
Həyat yoldaşı İbrahimova Sodər (Surə) Adışirin qızı
Uşaqları Vasif, Akif və Asim
Atası Məmmədov İsmayıl İbrahim oğlu
Anası Məmmədova Salatın Məmmədhəsən qızı
Vətəndaşlıq Azərbaycan Cümhuriyyəti→ Azərbaycan İŞC→ ZSFSR→ SSRİ
Təhsili Azərbaycan Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi
Mükafatları "Qırmızı Bayraq" ordeniII dərəcəli "Vətən Müharibəsi" ordeni — 1968"Qırmızı Ulduz" ordeni

İbrahim Məmmədov (1918–1953) — Nizami adına Nuxa (Şəki) şəhər 7 №-li qızlar orta məktəbinin direktoru. Böyük Vətən müharibəsi iştirakçısı və Böyük Vətən müharibəsi əlili idi.

Haqqında məlumatlar

25 noyabr 1918-ci il tarixdə Nuxada (indiki Şəki) dabbaqçı ailəsində anadan olub.

Təhsili

Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

İbrahim Məmmədov, 1944-cü il.

Böyük Vətən müharibəsi (1941–1945) iştirakçısı və Vətən müharibəsi əlilidir. Berlinin alınmasınadək döyüşlərdə zabit kimi iştirak edib.

12 aprel 1945-ci il tarixdə Berlində yaralanıb və qospitalda sol qıçının dizdən yuxarı hissəsi amputasiya edilib.

Əmək fəaliyyəti

Böyük Vətən müharibəsindən (1941–1945) əvvəl təyinatla Ucar rayonundakı orta məktəblərdə müəllim,

1945 – 1946-cı illərdə Nizami adına Nuxa (Şəki) şəhər 7 №-li qızlar orta məktəbində tədris hissə müdiri,

1947 – 1953-cü illərdə isə direktor vəzifəsində çalışıb.

Təltif və mükafatları

Vəfatı

25 avqust 1953-ci il tarixdə – 34 yaşında, Nuxada (indiki Şəki) vəfat edib.

Ailəsi

  • Həyat yoldaşı: İbrahimova Sodər (Surə) Adışirin qızı ali təhsilli idi və 1954-cü ildən Nizami adına Nuxa (Şəki) şəhər 7 №-li qızlar orta məktəbində riyaziyyat müəllimi, sonralar isə həmin məktəbdə tədris hissə müdiri vəzifəsində çalışıb (2 iyul 2007-ci il tarixdə – 82 yaşında vəfat edib).
  • Övladları: Vasif, Akif, Asim olmaqla 3 oğlu olub;
    • böyük oğlu Məmmədov Vasif 1970 – 1990-cı illərdə Şəki şəhər Maliyyə şöbəsində iqtisadçı, böyük iqtisadçı, baş iqtisadçı, şöbə rəisi, 1990 – 1996-cı illərdə Şəki şəhər Dövlət Vergi müfəttişliyinin rəisi, 1996 – 1993-cü illərdə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində (Vergilər Nazirliyində) müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən təqaüddədir.
    • ortancıl və kiçik oğlu AkifAsim vəfat ediblər.