Mübariz Məmmədrzayev
Mübariz Məmmədrzayev — tanınmış yazıçı və publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Mətbuat Şurasinın üzvü.
Haqqında məlumatlar
3 oktyabr 1959-cu ildə Nuxa (Şəki) rayonunun Cunut kəndində anadan olub.
Təhsili
1976-cı ildə Şəki rayon Baş Layısqı kənd orta məktəbini,
1982-ci ildə Bakı Mədəni-maarif texnikumunu,
1988-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Hərbi xidməti
1977 – 1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1982 – 1992-ci illərdə Baş Layısqı kənd Mədəniyyət evinin direktoru,
1993 – 1996-cı illərdə Şəki şəhər icra hakimiyyəti başçısının Baş Layısqı inzibati-ərazi vahidi üzrə nümayəndəsi,
1998-ci ildən “Azəri” qəzetinin redaktoru,
1999-cu ildən “Vətən” qəzetinin redaktoru və özünün təsis etdiyi “Üzbəüz” qəzetinin baş redaktoru,
2012 – 2022-ci illərdə “Avromed Company” QSC baş idarəsinin rəhbəri olub.
Ədəbi-bədii yaradıcılığı
Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayıb.
İctimai-siyasi aktivliyi
1990-cı ildə Şəki şəhər sovetinin deputatı seçilib.
Ailəsi
Evlidir, 2 övladı var.
Ədəbiyyat
- Orsər R. Mübariz Məmmədrzayev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 640-644. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- A. Yusifli A. (ideya müəllifi) . — Bakı: Ozan, 2014. — Səhifələrin sayı: 527. — Səh.: 522.