Qeysər Xəlilov
Qeysər Xəlilov | |||||||
---|---|---|---|---|---|---|---|
Xəlilov Qeysər Veysəl oğlu | |||||||
Fayl:Qeysər Xəlilov.JPG | |||||||
Qeysər Xəlilov | |||||||
|
|||||||
|
|||||||
Sələfi | vəzifə təsis olunub | ||||||
|
|||||||
Xələfi | komitə ləğv edilib | ||||||
Doğum tarixi | 1929 | ||||||
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||||||
Vəfat tarixi | 2000 | (71 yaşında)||||||
Vəfat yeri | Bakı, Azərbaycan | ||||||
Vətəndaşlığı | SSRİ→ Azərbaycan | ||||||
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1946 – 1951) | ||||||
Elmi dərəcəsi | fəlsəfə elmləri namizədi | ||||||
Elmi adı | professor | ||||||
Təltifləri |
Qeysər Xəlilov (Xəlilov Qeysər Veysəl oğlu) – fəlsəfə elmləri namizədi (1961), professor (1989), Azərbaycan SSR əməkdar elm xadimi (1990); 1963 – 1990-ci illərdə Azərbaycan SSR “Bilik” cəmiyyəti sədrinin müavini olmuş, 1990 – 1992 ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri, Azərbaycan Respublikası Prezident Administrasiyasında müşavir, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri vəzifələrində işləmişdir.
Haqqında məlumatlar
1929-cu ildə Nuxada anadan olub.
Təhsili
1936 – 1946-cı illərdə M.Qorki adına 10 №-li Nuxa şəhər məktəbində,
1946 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil alıb.
İş yerləri
1954 – 1963-cü illərdə Azərbaycan radiosunda jurnalist, uşaq və gənclər şöbəsinin müdiri, Azərbaycan SSR Radio və Televiziya Komitəsi partiya komitəsinin katibi,
1963 – 1990-cı illərdə “Bilik” cəmiyyətinin sədrinin birinci müavini,
1990 – 1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (12 mart 1991-ci il tarixədək), Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri (12 mart 1991-ci il tarixdən sonra),
1991 – 1992-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasında müşavir,
1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri olub.
1993-cü ildə təqaüdə çıxıb.
Elmi fəaliyyəti
1961-ci ildə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb.
1989-cu ildə professor elmi adını alıb.
Mükafatları
- Azərbaycan SSR Əməkdar Elm xadimi (1990).
Vəfatı
2000-ci ildə Bakıda vəfat edib.
Ədəbiyyat
Məmmədov Ə., Xalıqov F. Xəlilov Qeysər // Şəki: Alim və ziyalılar. — Bakı. — 2 cilddə. — Səh.: 258 – 259. Şablon:Yaxşı məqalə
- Q
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış jurnalistlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1929-cu ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 2000-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr