Nurməmməd Quliyev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni '{{Dövlət xadimi |adı = Nurməmməd Quliyev |tam adı = Quliyev Nurməmməd Həsən oğlu |şəkil = Nurməmməd Quliy...' ilə yarat) tərəfindən edilmiş 15:38, 27 iyun 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Nurməmməd Quliyev
Quliyev Nurməmməd Həsən oğlu
Nurməmməd Quliyev.jpg
Nurməmməd Quliyev
bayraqAzərbaycan SSR DTK sədrinin müavinibayraq
1946 — 1954
Şəxsi məlumatlar
Doğum tarixi 1905(1905-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1979(1979-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Fəxri Xiyaban, Bakı
Təltifləri "Şərəf Nişanı" ordeni"Qırmızı Ulduz" ordeni

Haqqında məlumatlar

1905-ci ildə Nuxada anadan olub.

1920 – 1924-cü illərdə bir sıra idarələrdə çalışıb.

1924 – 1929-cu illərdə Azərbaycan Kommunist (b) Partiyası Nuxa/Şəki qəza komitəsində,

1929 – 1930-cu illərdə əvvəl Azərbaycan Kommunist (b) Partiyası Nuxa şəhər komitəsində, sonra isə Zaqatala-Şəki mahalı komitəsində kargüzar, şöbə katibi, ümumi şöbə müdiri, daxili işlər müdiri və məxfi hissə müdiri vəzifələrində çalışıb.

1930-cu ilin sentyabr ayında Azərbaycan Kommunist (b) Partiyası Zaqatala-Şəki mahalı komitəsinin qərarı ilə Bakıya – Kənd Təsərrüfatı İnstitutuna oxumağa göndərilsə də, az sonra Baş Siyasi İdarəyə daimi işə götürülməsi ilə əlaqədar olaraq, təhsilini davam etdirməmişdir.

1941-ci ildə İrana xidməti ezamiyyətə göndərilib.

1943 – 1945-cı illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Təbrizdəki nümayəndəsi, Pəhləvi şəhərində SSRİ Ticarət Nümayəndəliyi rəhbərinin müavini, Qəzvin şəhərində “İransovneft” İran-SSRİ Assosiasiyasında şöbə müdiri, SSRİ-nin Təbrizdəki Baş Konsulluğunda vitse-konsul vəzifələrini tutub.

1945 – 1946-cı illərdə Seyid Cəfər Pişəvəri və Qulam Yəhya ilə birlikdə İran ərazisində yaranmış Azərbaycan Demokratik Respublikasının rəhbərlərindən biri olub. İranda xidmətlərinə görə polkovnik rütbəsi alıb, İranın bir çox görkəmli şəxslərinin həyatını xilas edib Bakıya köçürülməsindeə yaxından iştirak edib.

1946 – 1954-cü illərdə Azərbaycan SSR DTK sədrinin müavini vəzifəsində işləyib.

1963 – 1979-cu illərdə Ümumittifaq Səhmdarlar Cəmiyyəti Xarici Turizm İdarəsinın başçısı olub.

1979-cu ildə vəfat edib.

Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Mükafatları

  • “Şərəf nişanı” ordeni;
  • “Qırmızı ulduz” ordeni;
  • medallar,
  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı.

Ədəbiyyat

Məmmədov Ə., Xalıqov F. Quliyev Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 242 –243. — 1.000 nüsx.