Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Fərrux Yusubov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:16, 28 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Fərrux Yusubov
Yusubov Fərrux Oruc oğlu
Fərrux Yusubov
Fərrux Yusubov, 1967-ci il
Doğum tarixi 1916(1916-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Kiş, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 3 iyul 1976 (60 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili Nuxa Pedaqoji Texnikumu; Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni"Qırmızı Əmək Bayrağı" ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeni

Fərrux Yusubov (Yusubov Fərrux Oruc oğlu; d. 1916-cı ildə Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  3 iyul 1976-cı ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – fəlsəfə elmləri doktoru, vəfat edərkən SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun elmi kommunizm kafedrasının müdiri (1971 – 1976) idi.

Haqqında məlumatlar

1916-cı ildə nuxa qəzasının Kiş kəndində anadan olub.

Təhsili

Əvvəl pedaqoji orta (1940-ci ildən əvvəl), Böyük Vətən müharibəsindən sonra (1945) isə ali təhsil alıb, həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

İş yerləri

Pedaqoji orta təhsil aldıqdan sonra 1940-cı ilədək kənd məktəblərində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində işləyib.

Ali təhsil aldıqdan, həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirdikdən sonra

Azərbaycan KP MK-da instruktor, Azərbaycan KP MK Zaqatala rayon və Nuxa şəhər komitələrinin katibi, Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi idarəsinin rəhbəri vəzifələrində çalşıb.

1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləyib, 1971-ci ildən elmi kommunizim kafedrasının müdiri olub.

Fərrux Yusubovun ölümü ilə bağlı nekroloq.

Elmi fəaliyyəti

Namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.

İctimai fəallığı

Azərbaycan SSR Ali Sovetinə deputat, Azərbaycan Kommunist Rartiyasının XXII və XXIII qurultaylarının nümayəndə seçilib.

Hərbi xidmət

1940-cı ildə hərbi xidmətə gedib, Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak edib.

Mükafatları