Vaqif Aslan
Vaqif Aslan | |
---|---|
Aslanov Vaqif Cumay oğlu | |
Vaqif Aslan, 2011-ci il | |
Təxəllüsü | Vaqif Aslan |
Doğum tarixi | 5 iyul 1950 |
Doğum yeri | Kiş, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsi (1968 – 1973) |
Əsərlərinin dili | azərbaycanca |
Vaqif Aslan (Aslanov Vaqif Cumay oğlu; d. 5 iyul 1950-ci ildə, Kiş, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — AMEA Folklor İnstitutunun Şəki sektorunun rəhbəri (1997-ci ildən). Pedaqoq, şair-yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, birliyin Şəki bölməsinin sədri (1998-ci ildən). Həmçinin, bir çox fransızca bədii ədəbiyyatın azərbaycan dilinə tərcüməçisidir və dəfələrlə aparıcı televiziya kanallarının proqramlarında çıxış edib.
Haqqında məlumatlar
5 iyul 1950-ci il tarixdə Nuxa rayonunun Kiş kəndidə anadan olub.
Təhsili
1968 – 1973-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsində təhsil alıb.
Əsas iş yerləri
1967 – 1968-ci illərdə Kiş kənd 1 №-li səkkizillik məktəbində bir il pioner baş dəstə rəhbəri,
1973 – 1994-cü illərdə Kiş kənd orta məktəbində müəllim,
1994 – 1997-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində folklor və el sənətləri laboratoriyasının rəhbəri vəzifəsində işləyib.
İkinci iş yerləri
1997 – 2000 Bakı Dövlət Universitetinin Şəki filialında baş müəllim vəzifəsində çalışıb.
2000-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında baş müəllimdir.
Yaradıcılığı
Fransız yazıçıları Pol Verlen, Öjen Dabi, Erve Bazenin əsərlərini, XVII əsr səyyahı, memuarçı Jan Batist Şardənin “Səyahətnamə”sini (1711-ci il Amsterdam nəşri), fransız tarixçi-etnoqrafı Jermen Giyomun əsərlərini fransız dilindən azərbaycan dilinə tərcümə edib.
Ondan çox poetik toplunun, tərcümə əsərinin, 100-ə yaxın məqalənin müəllifidir.
- “Aydın” (Bakı, “Elm” nəşriyyatı, 1993).
- “Səyahətnamə” (Bakı, “Elm” nəşriyyatı, 1994. XVII əsr fransız səyyahı J.B.Şardenin 1711-ci il Amsterdam nəşrindən birbaşa tərcümə).
- “Ruhlarla söhbət” (Bakı, “Ozan” nəşriyyatı, 1997).
- “Oğuz elinə salam” (Bakı, “Mütərcim” nəşriyyatı, 2000).
- “Qanımdan rəng alan gül” (Bakı, “Ağrıdağ” nəşriyyatı, 2003).
- “Kiş kəndi və onun məbədi”, G.Məmmədova ilə birlikdə, Azərbaycan və ingilis dillərində (Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2003).
- “Seçilmiş əsərləri” 4 cilddə, I cild (Bakı, “Uni Print” nəşriyyatı, 2009).
- “Seçilmiş əsərləri” 4 cilddə, II cild (Bakı, “Təhsil” NPM, 2009).
- “Seçilmiş əsərləri” 4 cilddə, III və IV cildlər (Bakı, “Təhsil” NPM, 2010).
- “Bizim Dünya adlı bir evimiz var” əski əlifba ilə (Təbriz, 2014).
- “Hüseyn Xan Müştaq” (Bakı, “Orxan” NPM, 2015).