Vaqif Aslan

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:29, 5 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Vaqif Aslan
Aslanov Vaqif Cumay oğlu
Vaqif Aslan
Vaqif Aslan, 2011-ci il
Təxəllüsü Vaqif Aslan
Doğum tarixi 5 iyul 1950 (1950-07-05) (74 yaş)
Doğum yeri Kiş, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili SSRİ-in 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər institutu (1968 – 1973)
Əsərlərinin dili azərbaycanca

Vaqif Aslan (Aslanov Vaqif Cumay oğlu; d. 5 iyul 1950-ci ildə, Kiş, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — AMEA Folklor İnstitutunun Şəki sektorunun rəhbəri (1997-ci ildən). Pedaqoq, şair-yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, birliyin Şəki bölməsinin sədri (1998-ci ildən). Həmçinin, bir çox fransızca bədii ədəbiyyatın azərbaycan dilinə tərcüməçisidir və dəfələrlə aparıcı televiziya kanallarının proqramlarında çıxış edib.

Haqqında məlumatlar

5 iyul 1950-ci il tarixdə Nuxa rayonunun Kiş kəndidə anadan olub.

Təhsili

1968 – 1973-ci illərdə SSRİ-in 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər institutunun fransız dili fakültəsində təhsil alıb.

Əsas iş yerləri

1967 – 1968-ci illərdə Kiş kənd 1 №-li səkkizillik məktəbində bir il pioner baş dəstə rəhbəri,

1973 – 1994-cü illərdə Kiş kənd orta məktəbində müəllim,

1994 – 1997-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində folklor və el sənətləri laboratoriyasının rəhbəri vəzifəsində işləyib.

İkinci iş yerləri

1997 – 2000 Bakı Dövlət Universitetinin Şəki filialında baş müəllim vəzifəsində çalışıb.

2000-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında baş müəllimdir.

Yaradıcılığı

Fransız yazıçıları Pol Verlen, Öjen Dabi, Erve Bazenin əsərlərini, XVII əsr səyyahı, memuarçı Jan Batist Şardənin “Səyahətnamə”sini (1711-ci il Amsterdam nəşri), fransız tarixçi-etnoqrafı Jermen Giyomun əsərlərini fransız dilindən azərbaycan dilinə tərcümə edib.

Ondan çox poetik toplunun, tərcümə əsərinin, 100-ə yaxın məqalənin müəllifidir.

Kitabları
  1. “Aydın” (Bakı, “Elm” nəşriyyatı, 1993).
  2. “Səyahətnamə” (Bakı, “Elm” nəşriyyatı, 1994. XVII əsr fransız səyyahı J.B.Şardenin 1711-ci il Amsterdam nəşrindən birbaşa tərcümə).
  3. “Ruhlarla söhbət” (Bakı, “Ozan” nəşriyyatı, 1997).
  4. “Oğuz elinə salam” (Bakı, “Mütərcim” nəşriyyatı, 2000).
  5. “Qanımdan rəng alan gül” (Bakı, “Ağrıdağ” nəşriyyatı, 2003).
  6. “Kiş kəndi və onun məbədi”, G.Məmmədova ilə birlikdə, Azərbaycan və ingilis dillərində (Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2003).
  7. “Seçilmiş əsərləri” 4 cilddə, I cild (Bakı, “Uni Print” nəşriyyatı, 2009).
  8. “Seçilmiş əsərləri” 4 cilddə, II cild (Bakı, “Təhsil” NPM, 2009).
  9. “Seçilmiş əsərləri” 4 cilddə, III və IV cildlər (Bakı, “Təhsil” NPM, 2010).
  10. “Bizim Dünya adlı bir evimiz var” əski əlifba ilə (Təbriz, 2014).
  11. “Hüseyn Xan Müştaq” (Bakı, “Orxan” NPM, 2015).

Həmçinin, bax:

Şablon:Yaxşı məqalə