Abdulcəmil Əfəndiyev
Jump to navigation
Jump to search
Abdulcəmil Əfəndiyev | |
---|---|
Əfəndiyev Abdulcəmil Abdulla oğlu | |
Abdulcəmil Əfəndiyev. | |
Digər adları | Аbdulcəmil əfəndi, Cəmil ustа, Hafiz Əfəndi |
Anadan olub | 1893 |
Anadan olduğu yer | Oxud, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 23 avqust 1998 (105 yaşında) |
Vəfat etdiyi yer | Oxud, Şəki rayonu, Azərbaycan |
Dəfn yeri | Yel Baba ziyarətgahı, Oxud, Şəki rayonu, Azərbaycan |
Vətəndaşlıq | Azərbaycan |
Adının digər versiyaları | Abdulcemil Efendiyev, Abdulcamil Afandiyev, Абдулджемил Эфендиев, Әбдүлҹәмил Әфәндијев, Абдулҹәмил Әфәндијев |
Abdulcəmil Əfəndiyev (1893–1998) — Oxud kəndində yaşamış el ağsaqqalı. Şeyx Abdulla Əfəndinin nəvəsidir.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1893-cü ildə Nuxa qəzasının Oxud kəndində, ruhani ailəsində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Gənc yaşlarında ərəb-fars dillərini, ilahiyyat elmini öyrənib və Quranı əzbərləyib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
Sovet hakimiyyətinin ilk illərində Nuxadakı ipək fabriklərinin birində fəhlə işləyib.
1930-cu illərdə Oxud kоlхоzunda аrıхаnа təşkil еdib və bundan sonra arıçılıqla məşğul olub.
Vəfatı[redaktə | HTML redaktə]
23 avqust 1998-ci il tarixdə – 105 yaşında, Oxud kəndində vəfat edib və oradakı Yel Baba ziyarətgahında dəfn olunub.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Abdulcəmil // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 76-78. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Adışirinov K. ABDULCƏMİL ABDULLA oğlu ƏFƏNDİYEV // Oxud məktəbinin maarif pərvanələri.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |