Fərəh Əliyeva
Fərəh Əliyeva | |
---|---|
Əliyeva Fərəh Şirməmməd qızı | |
Fərəh Əliyeva. | |
Doğum tarixi | 7 sentyabr 1961 |
Doğum yeri | Bakı |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | sənətşünaslıq |
İş yeri | Azərbaycan Respublikası Prezident Administrasiyası, humanitar siyasət məsələləri şöbəsi (müdir) |
Elmi dərəcəsi | sənətşünaslıq üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili |
• Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, tarix-nəzəriyyə fakültəsi (–1984) • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, aspirantura (–1990) |
Atası | Şirməmməd Hüseynov |
Anası | Ülkər Hüseynova |
Mükafatları |
|
Adının digər versiyaları | Fereh Eliyeva, Farah Aliyeva, Ferah Aliyeva, Фарах Алиева, Фәрәһ Әлијева |
Fərəh Əliyeva — sənətşünaslıq elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
7 sentyabr 1961-ci il tarixdə Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1979-cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbini (qızıl medalla),
1984-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsi (fərqlənmə diplomu ilə),
1990-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasını bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1984-cü ildən Azərbaycan Dövlət Konservatoriyasının musiqi tarixi kafedrasında işləyib.
1994 – 2006-cı illərdə Azərbaycan Dövlət Konservatoriyası/Bakı Musiqi Akademiyasında elmi katib,
2006 – 2014-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində əvvəl musiqi sektorunun, sonra isə incəsənət şöbəsinin müdiri,
2014 – 2018-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışıb.
11 may 2018-ci il tarixdən Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiridir.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1994-cü ildə sənətşünaslıq elmləri namizədi elmi dərəcəsini,
2008-ci ildə sənətşünaslıq elmləri doktoru elmi dərəcəsini,
2005-ci ildə professor elmi adını alıb.
Azərbaycan musiqi tarixınə dair 3 monoqrafiyanın, 2 dərsliyin, 200-ə yaxın elmi və elmi-publisistik məqalənin müəllifidir.
Digər[redaktə | HTML redaktə]
Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür, televiziya və radioda çoxsaylı verilişlərin aparıcısı, iştirakçısı olmuşdur.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- Üzeyir Hacıbəyovun 110 illiyinə həsr olunmuş musiqişünasların I Respublika müsabiqəsinin laureatı (1994);
- “Humay” mükafatı (2003);
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2017);
- “Şöhrət” ordeni (2021).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əliyeva Fərəh // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 100-101. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Rektor : Fərəh Əliyeva, sənətşünaslıq doktoru, professor : [arx. 15 Dec 2013 - 19 Aug 2024] // Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. — Müraciət tarixi: 09.09.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış alimlər
- 7 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 1961-ci ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri
- Humay mükafatı laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə