Nurməmməd Məmmədov
Nurməmməd Məmmədov | |
---|---|
Məmmədov Nurməmməd Yaşar oğlu | |
Nurməmməd Məmmədov, 2024. | |
Doğum tarixi | 7 sentyabr 1951 |
Doğum yeri | Baş Zəyzid, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Memarlıq və İnşaat Universiteti, |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | professor |
Təhsili | Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi, istilik-qaz təchizatı və ventilyasiya ixtisası (1968–1973) |
Həyat yoldaşı | Məmmədova Məlahət Əziz qızı |
Evladları | Qabiyeva (Məmmədova) Nigar və Məmmədov Vüqar |
facebook səhifəsi |
Nurməmməd Məmmədov — texnika elmləri namizədi, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndis sistemləri və qurğuları kafedrasının müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
7 sentyabr 1951-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Zəyzid kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1958 – 1966-cı illərdə Baş Zəyzid kənd səkkizillik məktəbində,
1966 – 1968-ci illərdə Orta Zəyzid kənd orta məktəbində
1968 – 1973-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1985-ci ilin may ayında V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunda (indiki Moskva Dövlət İnşaat Universiteti) “İqlim göstəricilərinə görə qaz tələbatı rejimlərinin proqnoz edilməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb.
1991-ci ildə dosent,
2024-cü ildə isə professor elmi adını alıb.
Dünyanın bir sıra ölkələrində (Türkiyə, Almaniya, Fransa, İtaliya, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və s.) enerji səmərəliliyinə həsr olunmuş beynəlxalq seminar və konfranslarda məruzələrlə çıxış edib.
Yerli və nüfuzlu beynəlxalq jurnallarda çap olunmuş 210 elmi əsərin, o cümlədən 9 dərslik və 12 dərs vəsaitinin müəllifidir.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1973 – 1975-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun,
1975 – 1977-ci illərdə, yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun birləşmiş qazanxanasının növbə rəisi vəzifəsində işləyib.
22 sentyabr 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun istilik-qaz təchizatı və ventilyasiya kafedrasında assistent vəzifəsinə seçilib.
1993 – 2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin istilik-qaz təchizatı və ventilyasiya kafedrasında əvvəlcə baş müəllim, sonra isə dosent vəzifəsində çalışıb.
1994 – 2001-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sanitariya texnikası fakültəsinin dekanı olub.
2013-cü ilin may ayından istilik-qaz təchizatı və ventilyasiya kafedrasının ictimai əsaslarla müdir əvəzi vəzifəsində çalışıb.
2014-cü ilin mart ayında müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilib.
2016-cı ilin sentyabr ayından yeni yaradılan mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiridir.
Digər[redaktə | HTML redaktə]
BMT-nin enerji səmərəliliyi və alternativ bərpa olunan enerji mənbələri üzrə milli ekspertidir.
Azərbaycanda enerji səmərəliliyi və enerji auditi sahəsində yerinə yetirilən 5 beynəlxalq layihənin koordinatoru və icraçısı olub.
Azərbaycan Respublikası Energetika Nazirliyinin Elmi şurasının üzvüdür.
Beynəlxalq Ekoenergetika və Beynəlxalq Kadrlar Akademiyalarının professorudur.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin elmi şurasının və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Elmi-Texniki Şurasının üzvüdür.
Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasinin (Rusiya, Sankt-Peterburq) akademikidir.
Ailəsi[redaktə | HTML redaktə]
Ailəlidir. İki övladı və altı nəvəsi var.
- Həyat yoldaşı: Məmmədova Məlahət Əziz qızı Azərbaycan Texniki Universitetinin baş müəllimidir.
- Qızı: Qabiyeva (Məmmədova) Nigar tibb üzrə fəlsəfə doktorudur və Almaniyada həkim-kardioloq olaraq fəaliyyət göstərir.
- Oğlu: Məmmədov Vüqar Azərbaycan Memarlıq və İnşaat Universitetinin iqtisadiyyat fakültəsini bakalavr və magistratura pillələri üzrə bitirib. Sahibkardır. “VISKond” MMC-nin direktorudur. Azərbaycanda xüsusi təyinatlı binaların layihələndirilməsi və tikinti-quraşdırma işləri sahəsində aparıcı mütəxəssislərdən biri hesab olunur.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 396-397. — 1.000 nüsx.
- Miriyev A. Günəş enerjisindən istifadənin yeni layihəsi hazırlanıb // Palitra : qəzet. — Bakı, 2009. — В. 23 dekabr. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 noyabr 2021.
Videolar[redaktə | HTML redaktə]
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 7 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 1951-ci ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr