Pərvin Muradova-Dilbazi
Pərvin Muradova-Dilbazi | |
---|---|
Muradova-Dilbazi Pərvin Cövdət qızı | |
Pərvin Muradova-Dilbazi. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 oktyabr 1954 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ ABŞ |
Peşəsi | pianoçu |
Atası | Cövdət Hacıyev |
Anası | Əminə Dilbazi |
|
|
Musiqi aləti | piano |
Təhsili |
• Bülbül adına orta ixtisas musiqi məktəbi (–1972) • Bakı Xoreoqrafiya Məktəbi • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, fortepiano ifaçısı və müəllimi ixtisası (1972–1977) |
facebook səhifəsi |
Pərvin Muradova-Dilbazi — tanınmış pianoçu, ABŞ azərbaycanlı icmasının görkəmli nümayəndəsi, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetinin fortepiano professoru, Florida ştatının Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyətinin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
6 oktyabr 1954-cü il tarixdə Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1972-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb.
1972 – 1977-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ifaçısı və müəllimi ixtisasına yiyələnib.
1994 – 1995-ci illərdə Melburndakı icma kolleclərindən birində oxuyaraq ingilis dili biliklərini artırıb.
Müəllimlərin ali attestasiya müsabiqəsindən yüksək balla keçib və ABŞ-ın hər yerində müəllim işləmək hüququ əldə edib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1977 – 1981-ci illərdə indiki Sumqayıt Musiqi Məktəbində fortepianodan dərs deyib.
1981 – 1990-cı illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləyib.
1995-ci ildə ABŞ-da “Muradov Piano Studio” təsis edib. Bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib.
1996 – 1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib.
2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada fortepiano kafedrasını yaradıb.
Digər[redaktə | HTML redaktə]
1990-cı ildə ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarına köçüb. Elə o vaxtdan da orada fərdi musiqi dərsləri keçməyə başlayıb.
ABŞ-ın bir sıra ştatlarında, o cümlədən, İsveç, İspaniya, Almaniya, İngiltərə və Avstriyada xeyriyyə konsertləri verib. Əldə olunan vəsaiti autizmdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldib.
2017-ci ildə “Musiqi, Təhsil və Autizm Fondu”nu təsis edib. Bu fondun xətti ilə bir sıra xeyriyyə işlərinin həyata keçirib. 2018-ci ildə Nyu-Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Bu tədbirdə sağlamlığı məhdud imkanlı uşaqlar da iştirak ediblər. 2017-ci ildə Londonda atası Cövdət Hacıyevin əsərlərindən ibarət ingilis dilində kitab nəşr etdirib və həmin il orada konsert verib.
Xeyriyyə işlərinə görə adı 1999 – 2000-ci illər üzrə ABŞ-da dərc olunmuş məşhur “Kim kimdir?” kitabına salınıb.
2018-ci ildə atası Cövdət Hacıyevin yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib, o cümlədən, ata yurdu Şəkini də ziyarət edib.
Ailəsi[redaktə | HTML redaktə]
- Atası: Cövdət Hacıyev (1917–2002), görkəmli bəstəkar, Azərbaycan SSR xalq artisti. 1957–1969-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasın rektoru olmuşdur.
- Anası: Əminə Dilbazi (1919–2010), məşhur rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti.
Evlidir, 2 övladı var.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Cövdət Hacıyevin yubiley tədbirlərinə Vyana Konservatoriyası da qoşulub : [arx. 11.07.2017] // AZƏRTAC. — 2017. — 11 iyul. — Müraciət tarixi: 05.10.2021.
- Məmmədov A. Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazi ata yudunu - Şəkini, ziyarət etdi, tələbələrlə görüşdü : [arx. 30 Aug 2018 - 4 Mar 2021] // "İpəkçi" qəzetinin saytı. — 2018. — 11 iyul. — Müraciət tarixi: 05.10.2021.
- Eldaroğlu E. Cövdət Hacıyevlə Əminə Dilbazinin ABŞ-da yaşayan canlı əsəri - Pərvin Muradova- Dilbazi : [arx. 3 Apr 2019 - 2 Oct 2019] // Modern.az. — 2019. — 2 aprel. — Müraciət tarixi: 05.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |