İmran Alməmmədov
İmran Alməmmədov | |
---|---|
Alməmmədov İmran Yaqub oğlu | |
İmran Alməmmədov. | |
Anadan olub | 13 aprel 1952 |
Anadan olduğu yer | Cəfərabad, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Təhsili | Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi, iqtisadçı mühəndis ixtisası (1969–1974) |
facebook səhifəsi |
İmran Alməmmədov — tanınmış iqtisadçı-mühasib, Cəfərabad bələdiyyəsinin sabiq sədri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
13 aprel 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Cəfərabad kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1959 – 1967-ci illərdə Cəfərabad kənd orta məktəbində,
1967 – 1969-cu illərdə Şəki şəhər Məhəmməd Füzuli adına 3 №-li orta məktəbində,
1969 – 1974-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1974 – 1977-ci illərdə əvvəl Salyandakı 23 №-li SMD-də, sonra isə Mingəçevirdəki 64 saylı İSMD-də böyük iqtisadçı,
1977 – 1978-ci illərdə Şəki rayon Təsərrüfatlararası Qoyunçuluq Birliyində iqtisadi məsələlər üzrə direktor müavini,
1978 – 1982-ci il illərdə Cəfərabad Üzümçülük sovxozunda baş iqtisadçı və baş mühasib,
1982 – 1985-ci illərdə Şəki rayon Təsərrüfatlararası Təmir Tikinti müəssisəsində baş mühasib,
1985 – 1999-cu illərdə 29 saylı və 838 saylı Tikinti idarələrində baş mühasib,
2000 – 2005-ci illərdə Cəfərabad bələdiyyəsinin sədri,
2005 – 2006-cı illərdə Təpəcənnət bələdiyyəsinin baş mühasibi,
2006 – 2015-cı illərdə Şəki Elektrik Stansiyasında baş mühasibin müavini və aparıcı mühasib vəzifəsində çalışıb.
2015-cı ildən təqaüddədir.
İctimai-siyasi fəaliyyəti[redaktə | HTML redaktə]
1999-cu ildə bələdiyyə seçkilərində Cəfərabad bələdiyyəsinin üzvü və bələdiyyə sədri seçilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |